AĞDAMDA İKİ MUZEY YARADILACAQ: İŞĞAL TARİXİ VƏ ZƏFƏR MUZEYİ

42575329 AF40 484A 8973 893B3567DF95

Xəbər verdiyimiz kimi, bu gün bir qrup Ağdamlı ziyalıların Ağdama məxsusi səfəri baş tutub... 

Səfər proqramına Prezidentin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynovla təfərrüatlı görüş, eləcə də Qarabağ Xanı Pənahəli Xanın və İbrahim Xanın, həmçinin Xan qızı Natəvanın nəşinin dəfn olunduğu Ağdamdakı tarixi məkanı- İmarəti, Ağdam Çörək Muzeyini, Qiyaslı Məscidini və Şahbulaq Qalasını ziyarət daxil idi.

Ağdamın tanınmış ziyalılarının, eləcə də elm və mədəniyyət xadimlərinin olduğu ziyarət çərçivəsində vacib görüşlərdən biri Ağdamdakı xüsusi nümayəndəliyin həyata keçirdiyi quruculuq- bərpa işləri ilə tanışlıq daxil idi. Prezidentin Xüsusi Nümayəndəsi Emin Hüseynovun "Təzadlar"ın əməkdaşına verdiyi məlumata görə, Ağdamın mərkəzi hissısində 16 hektar viran ərazu tarik muzeyi kimi saxlanılacaq, burada Zəfər muzeyi və İşğal tarixi Myzeyi yaradılacaq. Ağdam Dram Teatrının tarixi binasının erməni dağıntılarından qalmış divarı da olduğu kimi saxlanılacaq, arxa hissəsi isə bərpa edilərək xüsusi statusla qurulacaq.
Daha ətraflı yazı təqdim ediləcək.


Elçin CƏFƏROĞLU

Əlaqəli xəbərlər