Millət vəkili Əziz Ələkbərli şəhid ailələrini ziyarət etdi — FOTOLAR

08303cca e05c 4f15 b4f7 de657f60f795

Saatlı rayonunun kəndlərinə hər gedişimdə şəhid ailələrinə baş çəkməyi, problemləri ilə maraqlanmağı özümə borc bilirəm.

araz.az bildirir ki, bu dəfə də rayonun Çolpı kəndində şəhid Bayramov Cəlal Yaqub oğlunun, rayonun Cəfərxan kəndində şəhid Həsənov Nemət Süleyman oğlunun, Azadkənd kəndində şəhid Adığözəlov Ceyhun Çoban oğlunun, yenə də Azad kəndində şəhid Hüseynov Ələm Sərvər oğlunun ailələrində oldum, valideynləri, ailə üzvləri ilə ətraflı söhbət etdim, problemləri ilə maraqlandım, istəklərini qeydə aldım, nəzarətə götürdüm.

Hər biri dövlətin qayğısından razılıq etdi, işsizlik probleminin olduğunu bildirdilər. Məsələ ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı ilə, Dövlər Məşğulluq Agentliyinin Saatlı rayon Xidmət şöbəsinin rəisi ilə söhbət etdim, yollar axtardıq, məsələnin tezliklə müsbət həll olunacağına inanıram.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər