Rusiya daha hansı təxribatlara əl ata bilər? - ŞƏRH

veyruzovsamir

Samir FEYRUZOVUN şərhi

Hazırda strateji resurslar relsi üzərindən Azərbaycanın Qərbə inteqrasiya prosesi sürətlə aparılır. Heç şübhəsiz ki, Rusiya Azərbaycanla Qərb arasındakı ciddi hədəflərə hesablanan münasibətləri tormozlamağa çalış(ır)acaq.

Sülhməramlı qüvvələrinin yerləşdiyi ərazidə yerləşən erməni silahlı birləşmələrinin açdığı atəş nəticəsində Azərbaycan ordusunun şəhid verməsinin birbaşa Rusiyanın iradəsi ilə həyata keçirilməsi heç bir şübhə doğurmur.

Rusiya bununla nəyə nail olmaq istəyir?

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının əhəmiyyəti günbəgün artır və Qərb bu istiqamətdə ciddi təşəbbüslər ortaya qoyur.

Qərb Azərbaycanla bağlı əsasən iki istiqamətdə pozitiv planlara dəstəyini ifadə edir:

- Birincisi, Azərbaycan Avropa üçün əsas enerji alternativinə çevrilib. Bu, Avropanın rusiyadan asılılığını əhəmiyyətli dərəcədə azaldır.

- İkincisi, Cəubi Qafqazda sabitliyin yaradılması, indiki situasiyada Bakının üstünlüyü və şərtləri daxilində sülh müqaviləsinin imzalanması Qərbin əsas tərəfdaşı kimi Azərbaycanın Rusiyadan qopmasını təmin etmiş olacaq.

Rusiya daha hansı təxribatlara əl ata bilər?

Böyük ehtimalla, Rusiya Azərbaycanda səs-küylü və sifarişli həbslərin həyata keçirilməsini təmin etməyə çalışacaq. Belə olacağı təqdirdə Qərb təsisatlarının ölkəmizə olan təzyiqləri artacaq və bu, Azəbaycanın qlobal maraqlarına ciddi mənfi təsirlər edəcək. Qərbin təzyiqləri artdıqca isə Azərbaycan Rusiya vektoruna doğru üz tutacaq.

Nəzərə almaq lazımdır ki, Rusiyanın ölkəmizdə çox ciddi dayaqları mövcuddur, bu dayaqlar (şəxslər) ölkədə istənilən şəxsin həbsini reallaşdırmaq gücündədir. Köhnə komandanın ən ciddi fiqurlarından bir neçəsinin hələ də mühüm postlarda qalması Rusiyanın ölkəmizdə "siyasi-hüquqi" manevr imkanlarını daha da artırır.

Baş verən prseslərin əsas dirijoru məhz Rusiyadır. 2016-cı ildən başlayaraq, ölkdə həyata keçirilən səs-küylü olayların əsas sifarişçisi kimi Rusiyanın atdığı addımlar Azərbaycanı Qərbdən ciddi şəkildə uzaqlaşdırmışdı.

Xüsusilə və bir çox hallarda müxalifyönlü şəxslərin həbsini təşkil edən Rusiya bu üsulla Qərbin insan hüquqları təşkilatlarının Azərbaycan əlayehinə sistemli hesabat və təzyiqlərini formalaşdırır.

Həmin 2016-2019-cu illər ölkədaxilində baş verən siyasi proseslərin, Qərbdən gələn təzyiqlərin təhlili göstərir ki, Rusiya Azərbaycanı istənilən üsulla öz orbitində saxlamağa çalışır. Bunun üçün Rusiyanın müəyyənləşirdiyi əsas istiqamətlərdən biri Azərbaycanda səs-küylü siyasi hadisələr yaratmaqla, Qərbin təzyiqlərini reallaşdırmaqdır.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər