Ermənistan itkilərinin sayını açıqladı - ŞOK RƏQƏM

erm 2

Azərbaycanla sərhəddə toqquşmalar nəticəsində Ermənistan silahlı qüvvələrinin 207 hərbçisi ölüb və ya itkin düşüb, yaralıların sayı isə 293 nəfərdir.

araz.az   xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, sentyabrın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının toplantısı keçirilib.

Şurada açıqlama qəbul olunub. Məlumata əsasən, sentyabrın 12-13-də Ermənistanın törətdiyi genişmiqyaslı təxribat nəticəsində 207 nəfər ölüb, 2 nəfər itkin düşmüş sayılır, 293 nəfər yaralanıb, 20 hərbçi isə əsir düşüb.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri görüb.

Hazırda sərhəddə vəziyyət sabitdir, atəşkəsə əməl olunur.

Xatırladaq ki, Ermənistan ordusunun törətdiyi təxribatların qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu şəhid olub.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər