Qərbi Azərbaycan İcması “Göyçə -- Zəngəzur Respublikası” adlı qurumun özfəaliyyət hərəkətlərini yolverilməz və zərərli hesab edir

16636749538112027356009QAİ-nin Mətbuat Xidmətinin məlumatı da, bu barədədir

Qərbi Azərbaycan İcması adından Mətbuat Xidmətinin yayımladığı və araz.az-a daxil olan son məlumatda, “Göyçə --  Zəngəzur Respublikası” adlı qurumun, yolverilməz və zərərli hesab edilən özfəaliyyət hərəkətləri ciddi tənqid olunur. Məlumatda deyilənlərin vacibliyini nəzərə alıb, olduğu kimi, ictimaiyyətin və dəyərli oxucularımızın da diqqətinə çatdırırıq: "Son zamanlar, “Göyçə-Zəngəzur Respublikası” adlı qurum adından müxtəlif məsuliyyətsiz paylaşımlar edilir. Bununla bağlı, Qərbi Azərbaycan İcmasına çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq, bildiririk ki, Qərbi Azərbaycan İcması “Göyçə -- Zəngəzur Respublikası” adlı bir qurumu tanımır, onunla heç bir əlaqəsi yoxdur və tarixi torpaqlarımızla bağlı, belə özfəaliyyət hərəkətlərini yolverilməz və zərərli hesab edir.
       Bütün media nümayəndələrindən xahiş edirik ki, Qərbi Azərbaycanla bağlı hər hansı bir informasiyanın dəqiqliyinə əmin olmaq üçün, Qərbi Azərbaycan İcmasına müraciət etsinlər".

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər