Kreml Arutyunyanı seçkiqabağı Paşinyana qarşı qüvvə kimi hazırlayır

976d158a194c9a95f6ac7d09673559bc

Yoxsa Arutyunyan indi gəlib Ermənistanı ordu qura bilməməkdə ittiham etməzdi

“Qarabağdakı quldur tör-töküntünün başçısı Araik Arutyunyan Moskvaya səfərindən sonra Xankəndidə verdiyi açıqlamalarla Ermənistan hakimiyyətini ittiham edib, normal ordu qurmamaqda günahlandırıb”.

araz.az  sherg.az-a istinadən xəbər verir ki, bunu siyasi şərhçi, tanınmış jurnalist, Vətən müharibəsinin iştirakçısı Aqşin Kərimov feysbukda yazıb.

Analitik bildirib ki, Arutyunyanın Rusiya səfərinin mahiyyətində iki versiyanı önə çıxarmaq olar:

“Birincisi, Kreml Arutyunyanı seçkiqabağı Paşinyana qarşı qüvvə kimi hazırlayır.
Yoxsa Arutyunyan indi gəlib Ermənistanı ordu qura bilməməkdə ittiham etməzdi.
Ermənistan KİV-ləri də yazırdı ki, Moskva Arutyunyanı Paşinyanın sözünə müticəsinə qulaq asdığına görə cəzalandırmaq istəyib. İkinci versiya isə budur ki, Azərbaycanla Rusiya arasında razılaşma əldə olunub və Moskva Arutyunyana erməni qoşunlarını çıxarmaq üçün qəti tələb qoyub. Deyə bilərik ki, niyə Azərbaycan olmadan bu danışıqlar olub? Diplomatiyada birbaşa iştirak olmadan da məqsədlərə asanlıqla nail olunması halları var. Azərbaycan heç cür Arutyunyan kimi quldur və separatçıları tərəf kimi tanımayıb, belə də qalacaq. Arutyunyan sadəcə bir piyadadır. Onun üzdə revanşist kimi görünən bəyanatlarının arxasında əslində Qarabağdakı erməni icmasını sakitləşdirmək dayanır. Moskva isə iki stulda eyni anda oturmaq istəyir: - Həm Arutyunyanı Paşinyana qarşı dövriyyəyə salmaq, həm də Azərbaycanın qəti tələbləri qarşısında sülhməramlı missiyasına uyğun qalaraq erməni qoşunlarının çıxarılmasını təmin etmək. Bu tezislərdən yola çıxsaq deyə bilərik ki, hər iki versiya bir-birilə əlaqəlidir. Fikir verək, Arutyunyanın Moskvaya getməsindən sonra Azərbaycan ordusunun Xocalının Naxçıvanik kəndində 172 hektar ərazini nəzarətə götürməsi, Ağdərə kəndi Sırxavənd kəndi istiqamətində 500 metrə qədər irəlilədiyi, Ağdamın Gülablı kəndi ilə Xocalının sülhməramlıların nəzarəti altında olan Harov kəndi arasındakı 4 kilometrlik neytral ərazini nəzarətə götürdüyü bildirildi. Mövqelərin irəli çəkilməsi Azərbaycan ordusunun strateji üstünlüklərini genişləndirir”.

A.Kərimov vurğulayıb ki, bununla paralel olaraq ötən gündən etibarən erməni qoşunlarının Xankəndini tərk etdiklərinə dair görüntülər sosial şəbəkələrdə sürətlə yayıldı:

“Bu məlumatlar Ermənistan hakimiyyətinə sərf edir. Qarabağdakı erməniləri Azərbaycanın nəzarəti altında yaşamağa təşviq edən ictimai rəyin yaradılmasına xidmət edir. Ermənistan KİV-ləri məlumat yayıb ki, bir ay bundan qabaq DTX rəisi Əli Nağıyev Ermənistanın baş çekisti Armen Abazyanla Şurnuxu və Voratan kəndləri ətrafında görüşüblər. Hadisələrin bu görüşdən sonra baş verməsi diqqət çəkir. Nəticə odur ki, Azərbaycan istədiyinə tədricən nail olur, lakin Rusiya təsir dairəsinin zəifləməsindən ehtiyat edir. Heç də təsadüfi deyil ki, Moskvanın əsas kozırı olan Robert Koçaryan revanşist açıqlama verib, Şuşa və Hadrutu geri qaytarmaq barədə sərsəmləyib. Rusiya yaranmış vəziyyəti həm də Paşinyan əleyhinə qüvvələrin xeyrinə dəyişməkdə israrlıdır”.

Əlaqəli xəbərlər