Bakı, Ankara, Tehran, Moskva razılığa gəldi: bəs İrəvan?

407310629

Regionda iqtisadi əməkdaşlığı özündə ehtiva edən altılıq platfomanın reallaşması istiqamətində müzakirələr gedir. Təbii ki, regionda sülh, əməkdaşlıq istəyən ölkələr belə bir platformanın reallaşmasında maraqlıdır.

araz.az  xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov Azərbaycan, İran, Türkiyə və Rusiyanın ümumi regional bazarın yaradılması barədə əldə etdiyi razılığı şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, bu gün Ermənistandan başqa digər region ölkələri sülh, əmin-amanlıq, iqtisadi əməkdaşlıq istəyir:

“Təəssüf ki, biz hələlik Ermənistan tərəfinin revanşist meyillərinin və müharibə ritorikasının şahidi oluruq. Əlbəttə ki, bütün bu davranışlar rəsmi İrəvan üçün yalnız problem yaradır və özünə təhlükədir. Bu mənada Ermənistanın hansı mövqedən çıxış etməsindən asılı olmayaraq, regionda əməkdaşlıq platforması qurulur.

Hələlik regionun 4 aparıcı ölkəsi - Azərbaycan, İran, Türkiyə və Rusiya ümumi regional bazarın yaradılmasında maraqlıdır. Rusiya və Türkiyə G-20 ölkəsidir. İran da öz növbəsində yarım trilyon dollardan artıq ümumdaxili məhsulu olan ölkədir. Azərbaycan isə Cənubi Qafqazın aparıcı dövlətidir”.

Ekspert bildirib ki, bu, həm regionda iqtisadi əlaqələrin, həm ticari münasibətlərin inkişaf etməsi, həm də təhlükəsizliyin, sabitliyin, sülhün təminində vacib addımdır. Eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizinin də istifadəyə verilməsi region ölkələr arasında əmkdaşlığın güclənməsinə xidmət edir:

“Növbəti mərhələdə biz yalnız iqtisadi-ticari deyil, nəqliyyat və logistikanın da inkişaf etməsini görə bilərik. Azərbaycan öz növbəsində formalaşan bu yeni sistem içərisində Cənubi Qafqazdakı aparıcı mövqeyini daha da gücləndirəcək”.

 

 

araz.az xəbər portalı

Əlaqəli xəbərlər