Tahir Kərimli çıxışlarını qeyri-müəyyən müddətə dayandırdı

tahirkerimli 1

Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli qeyri-müəyyən müddətə nə Milli Məclisin komitə və plenar iclaslarında çıxış edəcək, nə də mətbuata açıqlama verəcək.

araz.az  Pravda.az-a istinadən bildirir ki, bu barədə  T.Kərimli özü məlumat verib.

Deputat jurnalistlərdən və ictimaiyyət nümayəndələrindən bu addımı anlayışla qarşılamalarını xahiş edib.

Qeyd: Parlament bu gün keçirilən plenar iclasında T.Kərimli Milli Məclisin avtomobil parkının yenilənməsi ilə bağlı çıxışına görə spiker Sahibə Qafarovadan və xalqdan üzr istəyib: “Məlum oldu ki, sürücülərin əməkhaqqı kəsilməyib. Onlar üçün, hətta kurs da təşkil edilib. Sənədlərdə gördüm ki, Milli Məclisdə  xeyli sayda insan yüksək vəzifələrə çəkiliblər. Bir neçə adama COVID-lə bağlı 500 manat yardım edilib. Xüsusilə Milli Məclis rəhbərliyinin fəaliyyəti göz qabağındadır. Mən onun xaricilərlə bir neçə dildə necə danışdığının şahidi olmuşam. İndiki dövrdə mənzil məsələsini qoymağım düzgün deyildi. Ona görə dönə-dönə Milli Məclis sədrindən və xalqdan üzr istəyirəm. Mən hesab edirəm ki, cəzamız qınaqlarla verilib”.

Spiker Sahibə Qafarova isə deputata yanlış, təsdiqini tapmayan məlumatlarla parlamentdə diskussiya aparmamağı məsləhət görüb.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər