Baloğlan Əşrəfovla bağlı ÜZÜCÜ XƏBƏR

photo 130668

Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub.

araz.az-ın məlumatına görə, Lent.az-a açıqlama verən 69 yaşlı müğənni bildirib ki, hazırda özünü yaxşı hiss etmir:

“13 gündür beləyəm. Xəstəliyi ağır keçirirəm. Ev şəraitində müalicə olunuram. Təngnəfəs oluram. Çox danışa bilmirəm”.

Qeyd edək ki, qaraciyər sirrozundan əziyyət çəkən tanınmış müğənni 2007-ci il martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Sonra müğənniyə Türkiyədə qaraciyər köçürülmüşdü.

“İstəmirəm şəklim asılsın və hamı "yazıq" desin”

florakerimova1

Xalq artisti Flora Kərimova "Gün ortası" verilişində vəsiyyətini açıqlayıb.

araz.az xəbər verir ki, müğənni övladlarına və köməkçisi Yaquta onun ölümünü hər kəsdən gizlətmələrini tapşırdığını deyib:

"İstəmirəm şəklim asılsın və hamı "yazıq" desin. Hətta tapşırmışam ki, mümkün olsa, mənim harada dəfn olunmağımı heç kim bilməsin. Ancaq övladlarım bilsin. Əvvəl demişdim ki, bağda həyətdə dəfn etsinlər. Sonra düşündüm ki, Yaqut qorxacaq, düşüb həyətdə ağaclara su verməyəcək. Ölümdən qorxmuram. çünki yatıram, özümdən xəbərim olmur. Oyananda deyirəm ki, şükür oyandım. Öləndə də yatacam, bilməyəcəm".

Axsam.az

"Mən də pul qazanmaq istəyirəm" – Pərvin

pervin7

Aktrisa Pərvin Abıyeva dostlarından gileylənib.

araz.az xəbər verir ki, sənətçi yaxınları biznes quranda onlara dəstək olduğunu, amma qarşılıq görmədiyini bildirib. Bu haqda İnstqramda canlı yayımda danışan Pərvin onlara xəbərdarlıq edib:

"Görürəm kimsə nəşə iş görür, dəstək oluram. Bəzən özüm deyirəm, gəlin gedək çəkiliş edək. Videoqraf, fotoqraf, vizajist danışıram, studiya pulunu cibimdən ödəyirəm. Deyirəm, həm ona reklam olsun, həm də özüm üçün nəsə edim. Amma bunu adət halına gətirməyin. Etməyəndə niyə inciməlisiniz ki? Siz məndən pul qazanmaq istəyirsiniz, mən də sizdən. Niyə mən sizə qazandırım, siz mənə yox? Boynuma qoyursuz ki, niyə reklam etmirsən? Niyə havayı edim? Kiminsə geyimini, obyektini reklam edəcəmsə, qarşılıq görməliyəm".

Axsam.az

Damlanın prodüseri həbs olundu

damla1

Müğənni Damlanın prodüseri Şamil İbrahimov Rusiyada həbs olunub. Bu barədə saytımıza özəl məlumat daxil olub. Əldə etdiyimiz məlumata görə İstanbuldan Rusiyaya qayıdarkən Damlanın prodüseri hava limanında həbs olunub. Həbs təfərrüatı barədə hələki heç bir məlumat əldə edə bilməmişik. Məsələ barədə tezliklə dəqiq məlumat veriləcək.

İnterpress.az

“Pişik“ Günel: “Camaatın çörək almağa pulu yoxdur”

pisik8

“Pişik” Günel ləqəbi ilə məşhurlaşan müğənni Günel Ələkbərova koronavirusa yoluxduğu qənaətinə gəlib.

araz.az  xəbər verir ki, bir neçə gündür səhhəti pisləşən ifaçı koronavirus testi verib. Bu barədə danışan Günel üç gündür cavabın gəlmədiyini deyib:

“Artıq üçüncü gündür ki, vəziyyətim ağır olaraq qalır. Baxmayaraq ki, evdə sistemlər qoyulur, amma yenə də vəziyyətin ağırdır. Özümü çox pis hiss edirəm. Yaxmamın cavabı hələ də gəlməyib, bilmirəm, COVİD-19-a yoluxmuşam, ya yox... Ölkəmizdə səhiyyə çox bərbaddır. Zamanında gəlib xəstəyə müdaxilə etsələr, yoluxma sayı bu qədər artmaz, insanlar dünyasını dəyişməz”.

O, yoluxma sayına görə Səhiyyə Nazirliyini və TƏBİB-i ittiham edib:

“Bunların hamısının günahkarı Səhiyyə Nazirliyi, onların işçiləri və TƏBİB-dir! İnsan həyatı bu qədərmi ucuzdur?! Mən söz tapa bilmirəm. Allahdan qorxun, insanların həyatı ilə bu qədər oynamayın. Səhiyyə Nazirliyi xəstələnən insanları pulsuz müayinə etməlidir, camaatın çörək almağa pulu yoxdur. Yazıq kasıb insan deyil? Kasıb yaşamalı deyil? Ölməlidir? Bir az vicdanınız olsun”.

 

 

araz.az

Faiq Ağayev Xalq artistinin qızına elçi göndərib

faiqagayev67

Xalq artisti Flora Kərimova həmkarı Faiq Ağayevin onun qızına elçi gəlməsindən danışıb.

araz.az xəbər verir ki, müğənniyə bununla bağlı məşhur stilist Anar Ağakişiyev "Dəyişən cavab” proqramında sual ünvanlayıb.
İfaçı "Anası çox istəyirdi bu münasibət alınsın. Həmin vaxt əlaqələrimiz çox yaxşı idi. Ona oğul deyirdim. Hər adamla münasibətim olanda qapımı döysələr uşaq verərəm?” cavabını verib.\pravda.az/

1 -dən səhifə 12

Əlaqəli xəbərlər