Azərbaycanlı müğənni: "Amerikada maska taxmayanları cərimələyən görmədim"

nura surijpg 1593715083 1

Müğənni Nura Suri Facebook profilində karantin rejiminin qaydalarına irad bildirib.

O, statusda bunları yazıb: “Toylar açılır, lap yaxşı. Bunu bildik.

Bəs, açıq havada toyda maska taxmaq, ya taxmamaq haqda bir açıqlama verən olub? Yoxsa toyların açılması yenə camaatı ucdantutma cərimələmək üçün tələdir?

O boyda Amerikada maska taxmayanları cərimələyən görmədim. Maska məcburiyyəti də iyunun 15-dən ləğv olundu. Las Vegasda ayın on beşindən əvvəl də, ümumiyyətlə, maska taxan yox idi”.

 

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər