Mənzurə Musayeva: “Duet ortaqlarının 80 faizi eşq yaşayır”

FotoJet 25

Müğənni Mənzurə Musayeva səsləndirdiyi “Duet oxuyanlar sevgilidir” sözlərinə aydınlıq gətirib. 

araz.az  Lent.az-ıa istinadən bildirir ki, ifaçı “MTV Azərbaycan”a həmin məsələ ilə bağlı açıqlama verib: 

“Hamısına şamil etməmişəm. Düzdür, bu sözlərim bəzilərini qıcıqlandırdı. Demişəm ki, 80 faiz duet ortağı eşq yaşayır. Özləri də bilirlər. Burada heç bir problem yoxdur. Eşq yaşayanda nə olar ki? Duet daha da uzunömürlü olur”.

O, yeni münasibətə başlamaq istədiyini də etiraf edib: “İstəyirəm olsun, bilmirəm problem məndədir, yoxsa qarşı tərəfdə. İstəsəm, ikinci qadın olardım, bu, hər kəsin öz əlindədir”.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər