Türkiyədə DƏHŞƏT YAŞANIR: xeyli sayda kənd boşaldıldı, ölənlər var – FOTOLAR/VİDEO

610173bf86b24419fc684fc8 e1627557974612

Türkiyənin Antalya şəhərində dünəndən başlayan meşə yanğınları Manavqat qəsəbəsində şiddətlənib.

araz.az   Publika.az-a istinadən xəbər verir ki, qəsəbənin 4 fərqli nöqtəsində meşə yanğını başlayıb. Məlum olub ki, yanğın yaşayış yerləri və əkinçilik sahələrinə də sıçrayıb. Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Bəkir Pakdemirli yanğınla bağlı keçirilən mətbuat konfransında bildirib ki, yanğında 3 vətəndaş dünyasını dəyişib. Nazirin sözlərinə görə, Manavgat mahalının Dikmen Məhəlləsində meşəlik ərazidə davam edən yanğın küləyin təsiri ilə böyüyüb və qısa müddətdə bir çox evə yayılıb. Yanğın zonasına girişlər tamamilə bağlıdır. Sakinlər polis dəstələri tərəfindən təxliyə edilib.

4 nöqtədən başlayan yanğınlarda qəbiristanlıqlar, zeytun bağları, dəfnə və badam bağları da alovların ortasında qalıb. Yanğın nəticəsində bölgədə heyvanlar tələf olub.

Meşə yanğınlarından zərər çəkmiş şəxslərin sayı 62 nəfərə çatdığı vurğulanıb. Yanğının turizm obyektləri üçünsə təhlükə törətmədiyi qeyd edilib.

Türkiyənin Kənd Təssərüfatı və Meşə naziri Bekir Pakdemirli bildirib ki, Türkiyənin müxtəlif yerlərində davam edən yanğınla əlaqədar Antalyanın 18 kənd və məhəlləsi, Adananın 11 kəndi, Mersinin isə 5 kəndi təhükəsizlik məqsədilə boşaldılıb.

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Naziri, Mədəniyyət və Turizm Naziri, valilik və Antalya Böyükşəhər Bələdiyyəsinin müvafiq bölmələri yanğını hər cür texnika, avadanlıqla söndürməyə çalışır, eyni zamanda işçi heyətinə ehtiyac var. Yanğından zərərçəkən vətəndaşlara üz tutan prezident əlavə edib ki, onun baş vermə səbəbləri ciddi şəkildə araşdırılacaq. “İstəyimiz odur ki, yanğınları ən qısa müddətdə nəzarət altına alaraq söndürə bilək” , – deyə o, yekunda qeyd edib.

Qeyd edək ki, indiyədək yanğınların söndürülməsinə 2 təyyarə, 8 helikopter, 50 suvaran texnikası, 2 buldozer cəlb edilib. 

araz.az xəbər portalı.

İranda 2 Azərbaycanlı məhbusa ölüm hökmü kəsildi: Onlardan biri 3 dəfə edam olunacaq

1627439518 edam

İran Ali Məhkəməsi, "Peyğəmbəri təhqir etmək" ittihamı ilə məhkum edilən, Arak Həbsxanasında saxlanılan iki azərbaycanlı məhbus - Yusif Mehrəd və Səadullah Fazeli haqqında çıxarılmış ölüm hökmünü qüvvədə saxlayıb.
 
Ovqat.com Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinə (GAMAC) istinadən xəbər verir ki, Səadullah Fazeliyə "müqəddəs dəyərləri təhqir etdiyinə" görə 3 dəfə, " Yusif Mehrədə isə bir ölüm hökmü verilib.

Məlumata görə, hər iki vicdan məhbusunun telefonları prokurorun əmri ilə kəsilib və ailələri və ya həbsxananın xaricində hər hansı şəxslə əlaqə qurmalarına icazə verilmir. Yusif Mehrəd evlidir və üç azyaşlı övladı var.

Yusif Mehrəd 25 iyun 1999-cu ildə Ərdəbildəki evində tutulub Araka gətirilib. O və Səadullah Fazili 2 may tarixində Arak Cinayət Məhkəməsinin Birinci Şöbəsi tərəfindən edama məhkum edilib. Faziliyə qarşı irəli sürülən maddələrində "rejim əleyhinə təbliğat, qrup qurma, İslam Respublikasının qurucusunu təhqir etmək” kimi ittihamlar da var.

İnsan Hüquqları Müdafiəçiləri Mərkəzi iki vicdan məhbusunun məhkəmə və təhlükəsizlik xidməti işçiləri tərəfindən dəfələrlə təhdid olunduğunu bildirib. 

İnsan hüquqları təşkilatı Arak məhkəməsi tərəfindən çıxarılan qərarları "insanlıqdan kənar" olaraq xarakterizə edib, qərarların rejimi tənqid edənləri bastırmaq və susdurmaq, ifadə azadlığını məhdudlaşdırmaq, tənqidçilərin yaşamaq hüquqlarını pozmaq məqsədi daşıdığını vurğulayıb.

İran İnsan Haqları Təşkilatına görə, 2021-ci ilin ilk altı ayında ölkənin müxtəlif həbsxanalarında ən az 117 nəfər edam edilib, bunlardan 30-u Bəluç etniklərindən olub. 

Bildirilir ki, İranda iyun ayında keçirilən prezident seçkilərindən bəri edam hökmləri artmaqdadır. 19 iyundan 19 iyula qədər keçən bir ay ərzində ən azı 38 nəfər edam cəzasına məhkum olunub. Qeyd edək ki, indiki İran prezidenti İbrahim Rəisi bundan əvvəl ölkənin məhkəmə sistemlərinin rəhbəri vəzifəsini həyata keçirirdi. Beynəlxalq Amnistiya Təşkilatının iddiasına görə, o, 2009-cu ildən xalq etirazlarının yatırılmasında müstəsna rol oynamış, minlərlə insana edam hökmü kəsmişdi. Rəisi bu hökmləri ilə müxalifləri arasında Ayətullahı-Genosid ləqəbi ilə məşhurdur. Odur ki, Rəisinin prezidentliyi dövründə edam hökmlərinin sayında qeydə alınan artım təəccüb doğurmur. 

2020-ci ildə ən azı 246 edam hökmüylə İran ölümə məhkum edilmə sayı baxımından Çindən sonra ikinci yeri tutur.

 

 

araz.az xbər portalı.

Rusiyaya real təhlükə: İŞİD və Əl-Qaida bu ölkəyə ciddi problem yaradıb

1627029040 60f9e4d14e3fe0117c73c46eƏfqanıstandakı prosesləri təhdid kimi qarşılayan Rusiya Tacikistanda hərbi varlığını artırır və SSRİ dövründən bu yana Özbəkistanda böyük hərbi təlimlərə hazırlaşır.

araz.az  
Reyting.az-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bəyan edib ki, Əfqanıstanın şimal bölgələri sürətlə hərbi cəbhəyə çevrilir.

Əfqanıstanla Tacikistan arasında min kilometrlik sərhədin 90 faizinə “Taliban”ın nəzarət etdiyini bildirən rusiyalı diplomat diqqətə çatdırıb ki, narahatedici durum şimal sərhədlərində tək “Taliban”ın olması ilə yekunlaşmır: “Son aylar İŞİD və Əl-Qaida ünsürləri də bura axın etməyə başlayıblar”.

Rusiyanın Tacikistan və Özbəkistanla təhlükəsizlik anlaşması olduğuna işarə edən Rudenko “ölkəmizin və müttəfiqlərimizin təhlükəsizliyini saxlamaq üçün lazım olanları etməyə qərarlıyıq”, - deyib. Bildirib ki, Daşkənddə xarici işlər nazirlərinin toplantısında atılacaq addımların çərçivəsi cızılıb. Tədbirlərin ana xətti hərbi gücün artırılmasıdır.



Qeyd edək ki, son zamanlar Rusiya Müdafiə Nazirliyi Tacikistandakı 201-ci rus hərbi bazasına yeni silahlar göndərməyə başlayıb. Rusiya Mərkəzi Hərbi Dairəsindən havaya qalxan “İl-76” təyyarələri Tacikistandakı rus bazasına modern zirehli personal daşıyan “BMP-2M” avtomobilləri aparır.

Rusiyanın 201-ci bazası ilə yanaşı Tacikistan ordusu da sərhədlərə yönləndirilib. Tacikistan prezidenti 20 min əsgər üçün səfərbərlik elan edib. Silahlandırılacaq əsgərlərin 9 mininin Əfqanıstanla sərhədə göndərilməsi planlaşdırılır.

Özbəkistanın da sərhəddə 20 kilometr məsafədə yer alan “hərb meydanı” poliqonuna hərbi birlik göndərmək planı var.

Rusiya hərbi müşahidəçilərinin fikrincə, 5-10 avqust tarixlərində keçiriləcək hərbi təlimlərdə üç ölkədən 20 min əsgər, 150 tank və zirehli texnika iştirak edəcək. Beləliklə, Rusiya 30 ildən sonra bu regionda ən böyük hərbi təlimə hazırlaşır.

Təlimlərin rəsmən 5 avqust tarixində başlayacağına baxmayaraq, artıq Rusiya və Tacikistan hərbçiləri Əfqanıstanla sərhəd bölgələrində indidən birgə patrul xidmətinə başlayıblar.

Son bir ayda Əfqanıstandan Kabil hökumətinə tabe olan minlərlə hərbçi “Taliban” təhlükəsi səbəbindən Tacikistana keçib.

Əlavə edək ki, İraq və Suriyada İŞİD darmadağın edildikdən sonra onların bir qismi əsasən Əfqanıstana cəmləşib. Rusiyanı narahat edən məqamlardan biri də budur

 

 

araz.az xəbər portalı.

Prezidentin keçmiş müşaviri sabiq naziri canlı yayımda döyüb - Video

1626871849 55838294 303

Moldova prezidentinin keçmiş müşaviri Daxili İşlər Nazirliyinin keçmiş rəhbərini canlı yayımda döyüb.

araz.az xarici mediaya istinadən xəbər verir ki, Moldova prezidentinin sabiq müşaviri Serdjiy Tofilat keçmiş daxili işlər naziri Gennadi Kosovanı studiyada döyməsi nəticəsində o, sonuncu huşunu itirib.

Qeyd edilib ki, tərəflər arasında dava polemika zamanı baş verib.

Dava “Jurnal” TV-nin kanalındakı verilişdə olub.

Keçmiş nazir Gennadi Kosovan prezident Maya Sandunun keçmiş müşaviri Tofilatı təhqir etməyə başlayıb və daha sonra ona su atıb.

Tofilat dərhal buna reaksiya verərək Kosovana bir neçə zərbə endirib. Sonuncu yerə yıxılaraq huşunu itirib.

araz.az xəbər portalı.

Sel zamanı metro tunellərinə su dolub, ölənlər var

TUN777

Çinin Henan əyalətinin mərkəzi olan Çjençjou şəhərində sel nəticəsində metro tunellərini su basıb.

Yerli icra orqanları azı 12 nəfərin öldüyünü və daha beş nəfərin xəsarət aldığını açıqlayıb.

Güclü yağışlar səbəbindən şəhər metropoliteninin beşinci xəttinin üstündəki dayanacaqda çox miqdarda su toplaşıb. Su sonradan tunelə dolub və yolları tutub. Metropoliten rəhbərliyi dərhal nəqliyyatın hərəkətini dayandırıb və xəttə elektrik enerjisinin verilişi kəsilib. Sərnişinlər olan qatarlardan biri “Haytansıtsze” və “Şakoulu” stansiyaları arasında su basmış hissədə dayanıb. Metro əməkdaşları sərnişinlərin təxliyəsini təşkil edib və təxminən 500 nəfər tuneldən çıxarılıb.

“Onlardan 12 nəfərə köməklik göstərmək mümkün olmayıb, onlar ölüblər. Beş nəfər isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib”, - rəsmi məlumatlarda belə deyilir.

 

araz.az xəbər portalı.

1 -dən səhifə 175

Əlaqəli xəbərlər