II Elizabetin sərvətinin $553 mlrd. olduğu təxmin edilir

elizabeth 696x404

Ekspertlər Böyük Britaniya kraliçası II Elizabetin varidatını 400 milyon funt sterlinq (təxminən 553 milyon dollar) dəyərində qiymətləndirirlər.

araz.az “Secretmag”a istinadən xəbər verir ki, bu barədə “Kraliçanın dəyəri nə qədərdir” kitabında deyilir.

Müəlliflər II Elizabetin öz gəlir mənbələrinə sahib olduğunu qeyd edirlər. İlk növbədə söhbət Lankaster hersoqluğunun bir hissəsi olan danışmaz əmlakdan gedir. Londonun mərkəzində yerləşən ərazi və binalar kraliçaya ildə təxminən 29 milyon dollar qazandırır.

Eyni zamanda II Elizabet dünyanın ən bahalı marka kolleksiyalarından birinə sahibdir. Onun dəyəri 138 milyon dollar dəyərində qiymətləndirilir. Kolleksiyanı kraliçanın babası V Georq başlayıb.

Bundan əlavə, kraliça ümumi dəyəri 11 milyard funt sterlinq (15.2 milyard dollar) olan rəsm əsəri kolleksiyasına sahibdir. II Elizabet anasından miras alıb və buna görə vergi ödəməli olmayıb, əks halda kraliça dövlətə 20 milyon funt sterlinq ödəməli olacaqdı.

Məlumata görə, hər il Böyük Britaniya kral ailəsinə təxminən 50 milyon funt sterlinq ayırır. Bu məbləğ inflyasiyadan daha sürətli artır və Birləşmiş Krallıq sakinlərinin böyük hissəsini qıcıqlandırır.

Xatırladaq ki, 2019-cu ilin iyulunda II Elizabetin Moskvada elit əmlaka sahib olduğu məlum olub. Kraliçaya məxsus olan 12 mənzilin dəyəri 12 milyon dollar dəyərində qiymətləndirilir.

 

 

araz.az

Əlaqəli xəbərlər