NATO Baş katibi: "Rusiya ilə Çin getdikcə daha da yaxınlaşır, bu, ciddi təhlükədir"

2017 10 13 20 12 15stolberq nato yennnn

NATO Baş katibi Yens Stoltenberg Rusiya ilə Çin arasındakı əməkdaşlığın getdikcə daha da yaxınlaşdığını və bunun Şimali Atlantika ittifaqı üçün yeni ciddi bir problemi olduğunu iddia edib.

Bu barədə o, “Welt am Sonntag” qəzetinə verdiyi müsahibəsində bildirib:

"Bildiririk ki, Rusiya və Çin son vaxtlar həm siyasi, həm də hərbi baxımdan daha sıx əməkdaşlıq edir".

Onun fikrincə, Moskva və Pekin BMT daxil olmaqla beynəlxalq təşkilatlardakı fəaliyyətlərini getdikcə daha çox koordinasiya edirlər:

"Bundan əlavə, iki ölkə birgə manevrlər, uzun mənzilli döyüş təyyarələri və dəniz əməliyyatları həyata keçirir və döyüş sistemlərinin istifadəsi, internet üzərində nəzarət sahəsində fəal şəkildə təcrübə mübadiləsi aparırlar"

APA.

Əlaqəli xəbərlər