Britaniya kəşfiyyatından növbəti 11 sentyabr terroru barədə - Xəbərdarlıq

britaniya kesfiyyatijpg 1631443855

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması 11 sentyabr 2001-ci ildə olduğu kimi daha bir terror aktı riskini artırıb.

araz.az Report-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya əks-kəşfiyyatının rəhbəri Ken Makkallum "The Times"a bildirib.

Kəşfiyyat rəhbərinin sözlərinə görə, Vaşinqtonun qərarı ekstremistləri ruhlandırıb.

"Bu, terrorçuları daha iri mqiyaslı hücumlar həyata keçirmək üçün yenidən qruplaşmaq təhlükəsini artırır", - Makkallum əlavə edib.

Qeyd edək ki, 2001-ci ilin sentyabrın 11-də ABŞ-da yerləşən Dünya Ticarət Mərkəzi və Pentaqona hücumda "Əl-Qaida" terror təşkilatını ittiham edən ABŞ prezidenti Corc Buş "Taliban" hökumətindən həmin terror qruplaşmasının liderinin təhvil verilməsini tələb etmişdi. Daha sonra Əfqanıstana ordu yeridən ABŞ "Taliban"ın hakimiyyətinə son qoyub, "taliblər"in 90 faizi ölkədən gedib. "Taliban" iyirmi il sonra - bu ilin avqustunda yenidən Əfqanıstanda hakimiyyəti ələ keçirməyə müvəffəq olub, ABŞ ordusu isə Əfqanıstanı tərk edib

 

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər