BMT Baş katibi 2023-cü ildə ərzaq qıtlığı ilə bağlı xəbərdarlıq edib

b9f9dbf7 fb3e 3bbb 83f1 56044a980f76 850Dünya birliyi Rusiya gübrələrinin bazarlara çıxışı problemini həll etməlidir, əks halda gələn il dünya ərzaq qıtlığı ilə üzləşəcək.

araz.az  TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş BMT Baş Assambleyasının 77-ci sessiyasının başlanması ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

“Gübrə bazarlarını normallaşdırmasaq, 2023-cü ildə qida sektorunda problemlərlə üzləşəcəyik”, - Quterreş vurğulayıb.

Baş katib əlavə edib ki, BMT ərzaq və gübrə ixracı qarşısındakı maneələri aradan qaldırmağa tam sadiqdir.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər