Azərbaycanda tanınmış jurnalist vəfat etdi

ferhad

Tanınmış jurnalist və tərcüməçi Fərhad Abdullayev vəfat edib.

araz.az  xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıb. 63 yaşlı F.Abdullayev dünən dünyasını dəyişib.

Qeyd edək ki, Fərhad Abdullayev “İdman” – “Sport”, “Şahmat” qəzetlərində işləyib, AzTV-də şöbə müdiri vəzifəsində çalışıb.

Y.Dolqopolskinin “Mən şahmat oynayıram”, M.Gerşensonun “Robin Hud”, N.Xomiçin “Sərdabənin sirri”, Ş.Aleyxemin “Seçilmiş əsərləri”, M.Çexovun “Peşəkar aktyorluq dərsləri” və s. kitabları dilimizə çevirib. 2014-cü ildən etibarən Azərbaycan Tərcümə Mərkəzində işləyib.

 

 

araz.az 

Əlaqəli xəbərlər