Azərbaycanda əsgər intihar etdi: General hərbi hissəyə yollandı

609634935ba52609634935ba54162045659598167b0f1b57469331ebfda00a72c3dc

Zaqatalada hərbi hissədə intihar olub.


 Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü İbrahim Quliyev silahdan atəş açaraq, özünü öldürüb.


Dövlət Sərhəd Xidmətindən (DSX) faktı təsdiqləyiblər.


Bildirilib ki, DSX rəisinin göstərişi ilə müavini, Sərhəd Qoşunların komandanı, general-leytenant Araz Məmmədov hazırda həmin hərbi hissəyə ezam olunub, Hərbi Prokurorluğun əməkdaşları ilə birlikdə araşdırma aparılır.

APA

Əlaqəli xəbərlər