Bakıda yaşayış binasında yanğın

yangin3985897

Bakıda yanğın hadisəsi olub.

araz.az xəbər verir ki , Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 64 m² olan mənzildə ev əşyaları 4 m² sahədə yanıb. Yanğın zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

 

araz.az

 

Əlaqəli xəbərlər