"Neftçi" Çempionlar Liqasında növbəti mərhələyə vəsiqə qazandı

1626289475 3

"Neftçi” UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununda Gürcüstanın "Dinamo” (Tbilisi) komandası ilə qarşılaşıb.

araz.az
-ın məlumatına görə, "Bakcell Arena”da keçirilən görüş Tbilisidə olduğu kimi flaqmanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Qitənin ən nüfuzlu klub turnirində yubiley – 20-ci oyununa çıxan meydan sahibləri matça fəal başlayıblar. Paytaxt təmsilçisi 24-cü dəqiqədə qola yaxın olsa da, Yusuf Lavalın sol cinahdan ötürməsinə Sezar Meza Kolli toxuna bilməyib. Qonaqların buna cavabı daha təhlükəli alınıb. Cinah ötürülən topu Giorgi Qabedava başla qapıya göndərsə də, Aqil Məmmədov rəqib hücumçunun fərqlənməsinə imkan verməyib. 44-cü dəqiqədə Qabedava növbəti dəfə diqqət mərkəzinə düşüb. Bu dəfə onun zərbəsində azacıq dəqiqlik çatmayıb. Birinci hissə qolsuz bərabərliklə yekunlaşıb.

İkinci yarının startında "Neftçi”nin heyətində Mamadu Mboc kobud səhvə yol verib. Amma Gürcüstan təmsilçisi oyunçunun bu "hədiyyə”sindən istifadə edə bilməyib. Buna baxmayaraq, 51-ci dəqiqədə "Dinamo” Milan Radinin qolu ilə hesabı açıb. Lakin qonaqların sevinci cəmi 7 dəqiqə çəkib. Cərimə meydançasında Meza Kolliyə qarşı kobudluqdan sonra təyin olunmuş penaltini kapitan Emin Mahmudov dəqiq yerinə yetirib. Hesabı bərabərləşdirdikdən sonra hücuma daha inamla atılan "ağ-qaralar” 68-ci dəqiqədə 2-ci topu vurublar. İlk oyunda rəqib qapısına yol tapan Namik Ələskərov cavab matçında da adını tabloya yazdırıb. Oyunun sonlarına doğru "Dinamo” hesabı bərabərləşdirsə də, yan xətt hakimi ofsayd qeydə alıb. Görüşün əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane topu boş qapıdan çıxarıb.

Beləliklə, evdə əzmkar qələbə qazanan "Neftçi” II təsnifat mərhələsinə yüksəlib. Komandanın növbəti raunddakı rəqibi Yunanıstan "Olimpiakos”u olacaq. İlk oyun iyulun 21-də səfərdə, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək. "Dinamo” isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

 

 

araz.az xəbər portalı.

İtaliya qalib gəldi

ital1 1

AVRO-2020-də yarımfinal mərhələsinə start verilib.

araz.az bildirir ki, raundun birinci günündə bir oyun keçirilib.

İlk finalçı İtaliya və İspaniya millilərinin görüşündə bəlli olub. AVRO-2012-nin finalçıları arasında qarşılaşma İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda baş tutub.

Qarşılıqlı hücumlarla keçən birinci hissədə qapılara qol vurulmayıb. İlk yarıda ümumilikdə ispanlar daha fəal nəzərə çarpıblar. Buna baxmayaraq, qarşılaşmada hesabı açan tərəf İtaliya olub. Bir saatın tamamında ani əks-hücum zamanı Federiko Kyeza əlinə düşən fürsəti qaçırmayıb. Ancaq sona 10 dəqiqə qalmış qapıçı ilə təkbətək dueldən qalib ayrılan Alvaro Morata status-kvonu bərpa edib. Qalan dəqiqələrdə bərabərlik dəyişmədiyindən, əlavə yarım saatlıq mübarizəyə ehtiyac duyulub.

Maraqlıdır ki, bu, ispanların turnirdə 120 dəqiqə çıxış etdikləri ardıcıl 3-cü oyun olub. Əlavə yarım saatda isə komandalar daha çox ehtiyatlı oyuna üstünlük verdiklərindən, qələbə topunu vurmaq mümkün olmayıb. Nəticədə finalçını müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. 1/4 finalda məhz penaltilər seriyası ilə İsveçrəni üstələyən Luis Enrikenin kollektivi bu dəfə məğlubiyyətə üzülüb.

Bununla İtaliya 9 ildən sonra ilk, ümumilikdə isə 4-cü dəfə Avropa çempionatının finalında iştirak hüququna yiyələnib. Skuadra Adzurra həlledici qarşılaşmaya iyulun 11-də çıxacaq. Rəqib isə yarımfinalın digər cütlüyü İngiltərə - Danimarka (7 iyul) görüşünün qalibi olacaq.

AVRO-2020

Yarımfinal

6 iyul

23:00. İtaliya – İspaniya - 1:1, pen. 4:2

Qollar: Federiko Kyeza, 60 - Alvaro Morata, 80

Baş hakim: Feliks Brix (Almaniya)

London. “Uembli” stadion

 

araz.az xəbər portalı.

"Qalatasaray"ın yeni prezidenti bəlli olub

almas qalatasarayjpg 1624133823

Türkiyənin "Qalatasaray" futbol klubunun yeni prezidenti bəlli olub.

araz.az  xəbər verir ki, iyunun 19-da keçirilən seçkidə Burak Elmas 1541 səslə klubub yeni rəhəri postuna sahiblənib.

 

 

araz.az xəbər portalı.

"Formula 1": Azərbaycan Qran-prisində əsas yarış başladı

formula12 1

"Formula 1" üzrə Azərbaycan Qran-prisində son - əsas yarış start götürüb.

araz.az-ın məlumatına görə, təxminən 2 saat sonra yarışın qalibi bəlli olacaq.

"Ferrari"nin sürücüsü Şarl Lekler iyunun 5-də sıralama turunda bütün rəqiblərini qabaqladığı üçün mübarizəyə hamıdan öndə başlayıb.

Günün ilk yarısında "Hitech Grand Prix"dən Yuri Vips "Formula 2"nin qalibi olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilir. Bakı şəhər halqasında "Formula 1" yarışları 2016-cı ildən təşkil olunur. Yalnız ötən il koronavirus pandemiyası səbəbindən dünya çrmpionatının Azərbaycan mərhələsi ləğv edilib.

2016-cı ildə Avropa Qran-Prisi adı altında təşkil olunan ilk yarışın qalibi Niko Rosberq ("Mercedes") olub. Daniel Rikkardo ("Red Bull Racing Honda") 2017-ci, Lüis Hemilton ("Mercedes") 2018-ci, Valtteri Bottas ("Mercedes") isə 2019-cu ildə Bakıda podiumun ilk pilləsinə qalxıb.

 

 

araz.az xəbər portalı.

Çelsi" Çempionlar Liqasının qalibi oldu

celsi66

Çempionlar Liqasının final oyunu keçirilib.

Bu matçla avrokuboklarda 2020/21 mövsümünə yekun vurulub.

Qitənin ən nüfuzlu klub turnirinin qalibi Portuqaliyanın Porto şəhərində müəyyənləşib. “Draqao” stadionunda iki İngiltərə klubu üz-üzə gəlib.

Həlledici matçda “Mançester Siti” ilə “Çelsi” görüşüb. Bir il əvvəl finalda PSJ ilə məğlubiyyət acısı yaşayan Tomas Tuxel bu dəfə London klubunun sükanı arxasında eyni həyəcanı yaşayıb. “Şəhərlilər” isə tarixində ilk dəfə final oyununa çıxıb.

Qarşılaşmanın taleyini “zadəganlar”ın birinci hissədə vurduğu yeganə qol həll edib. Bu hesab “Çelsi”ni 2011/12 mövsümündən sonra ilk, ümumilikdə isə ikinci dəfə Çempionlar Liqasının qalibi edib. Pep Qvardiola isə “Barselona”da qazandığı kuboku uzun fasilədən sonra başı üzərinə qaldırmaq şansını əldən verib.

Qeyd edək ki, “Çelsi” kuboku qazanmaqla yanaşı, UEFA Superkubokunda Avropa Liqasının ən yaxşısı “Vilyarreal”la oynamaq hüququ əldə edib.

Çempionlar Liqası

Final

29 may

23:00. “Mançester Siti” (İngiltərə) – “Çelsi” (İngiltərə) - 0:1

Qol: Haverts, 42

Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)

Porto. “Draqao” stadionu

 

 

araz.az

1 -dən səhifə 54

Əlaqəli xəbərlər