Azərbaycanda keçmiş futbolçu danışılmış oyunlara görə cəzalandırıldı

1617963165 7cee9cfc 4546 3f20 8999 aff44681e0ea 850

AFFA İntizam Komitəsi (İK) "Sumqayıt", "Turan Tovuz" və "Zaqatala" klublarının sabiq futbolçusu Yasin Abbasovu cəzalandırıb.

araz.az-ın məlumatına görə, milli assosiasiyanın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırma, komissiyanın və ekspertlərin rəyi nəzərə alınmaqla danışılmış oyunlarda iştirakı təsdiq edildiyi üçün keçmiş hücumçu və məşqçiyə futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub.

Danışılmış oyunlarla əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.

Barəsində sanksiya qərarı qəbul olunmuş şəxsin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.\day.az/

 

 

Əlaqəli xəbərlər