Azərbaycan idmançısı ermənini nokauta saldı

1630855400.1630853794 untitled 1 620x403

I MDB Oyunlarında tayboks idman növündə mübarizəyə start verilib.

araz.az xəbər verir ki, 63.5 kq çəki dərəcəsində yer alan Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə Ermənistandan olan Alen İsraelyanla qarşılaşıb.

İlk dəqiqələrdən rəqibinə güclü zərbələr endirən Əsədzadəyə qələbə üçün cəmi 2 dəqiqə 36 saniyə lazım olub. Rəqibi nokauta salan azərbaycanlı idmançı vaxtından əvvəl təmiz qələbə qazanıb.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər