İngilislər qələbə qazandı

ing5.jpg

İngiltərə millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.

İngilislər buna B qrupunun III turunda Uelslə oyunda 3:0 hesablı qələbə qazanaraq nail olublar.

Bu nəticə ilə xallarının sayını 7-ə yüksəldən Qaret Sautqeytin komandası qrup lideri kimi növbəti mərhələyə çıxıb.

1/8 finalda İngiltərənin rəqibi A qrupunda ikinci yeri tutmuş Seneqal yığması olacaq.

araz.az xəbər portalı.