"Azərsığorta" ASC-nin 10 filialı ləğv edilib

sigorta2

"Azərsığorta" ASC 10 filialını ləğv edib.

araz.az  APA-ya istinadən bildirir ki, ləğv edilən filiallara Şirvan, Lerik, Salyan, Saatlı, Nəsimi, Şabran, Qusar, Şamaxı, Qax, və İsmayıllı filialları daxildir.

Qeyd edilir ki, qərar Şirkətin İdarə Heyətinin 18 iyul 2022-ci il tarixli 23 saylı protokoluna əsasən verilib. Bununla bağlı iyulun 22-də idarə heyəti sədrinin müşaviri Murad Şirəliyevin adından filial rəhbərlərinə məktub göndərilib. Məktubda filialların ləğv edilməsinə səbəb kimi göstəricilərin aşağı olması və fəaliyyətin rentabelli olmaması göstərilir.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər