Bu bankların əmanətçilərinə 628 milyon manat ödənildi

bank1 m

Bağlanmış Ata Bank, Amrah Bank, NBC Bank və AG Bankın əmanətçilərinə sığortalanmış əmanətlərə görə təqribən 628,37 milyon manat təzminat ödənilib

Əmanətlərin Sığortalanması Fondundan Axar.az-a verilən məlumata görə, Ata Bankın 9,79 min əmanətçisi 243,8 milyon manat, Amrah Bankın 5,8 min əmanətçisi 140 milyon manatdan çox, AG Bankın 4,7 min əmanətçisi təxminən 113,2 milyon manat, NBC Bankın 4,22 min əmanətçisi 131,295 milyon manatdan çox təzminat alıb.

Ata Bank və Amrah Bank əmanətçilərinə təzminat ödənişi 1 iyun 2020-ci il tarixindən etibarən Kapital Bank ASC-nin debet kartları vasitəsi ilə nağdsız qaydada həyata keçirilir. AG Bank ASC-də və NBC Bank ASC-də sığortalanmış əmanətlərə görə kompensasiya verilməsi üçün seçilən agent bank isə Azərbaycan Beynəlxalq Bankı ASC-dir. Bu bankların müştərilərinə ödənişlər 16 iyun 2020-ci ildən etibarən başlayıb.

araz.az

Avropada minimum əmək haqqı: Azərbaycan sonuncudur! – REYTİNQ

bandicam 2021 03 13 13 08 22 782

2020-ci il üzrə Azərbaycan və Avropa İttifaqı ölkələrində əmək haqlarının minimum miqdarı açıqlanıb.

araz.az   Beynelxalq.İnfo-ya istinadən  xəbər verir ki, Avropa İttifaqının ötən il üçün hazırladığı hesabatda, 25 Avropa ölkəsində, eləcə də Azərbaycanda dövlət və özəl sektorlarda çalışanların minimum əmək haqları ilə bağlı geniş məlumat yer alıb.

Hesabatda, çalışanlarına minimum əmək haqqının ən yüksək məbləğini verən ilk beş dövlətin adı açıqlanıb. Beşlikdə, ən yüksək məvacibin Lüksemburq Krallığında olduğu müəyyən edilib. Belə ki, bu ölkədə minimum əmək haqqı 2.141 € (4.327 manat) məbləğindədir. Sonrakı sırada isə İrlandiya (1.706 € (3.448 manat)), Hollandiya (1.680 € (3.394 manat)), Almaniya (1.584 € (3.200 manat)) və Fransa (1.539 € (3.110 manat)) qərarlaşıblar.

Hesabatda,  minimum əmək haqqının orta və ən aşağı məbləğinə sahib olan ölkələrin də adı açıqlanıb. Belə ki, İspaniyada orta aylıq məvacibin 1.108 EURO (2.239 manat), ən aşağı orta aylıq maaşın Latviya Respublikasında 500 EURO (1.010 manat) məbləğində olduğu müəyyən edilib.

Aİ-nın açıqlamasında, Ruminya, Bolqarıstan və Azərbaycan minimum əmək haqqının ən aşağı məbləğinə sahib olan ölkələr kimi reytinq cədvəlində sonuncu yerləri bölüşüblər.  Belə ki, Ruminyada minimum əmək haqqı 472 € (954 manat), Bolqarıstanda 332 € (670 manat), Azərbaycan isə 123 €  (250 manat) məbləğindədir.

Bu hesabatdan aydın olur ki, ölkəmizdə əhalinin yaşam səviyyəsinin təmin edilməsi məsələsində prioritet mövqeye malik olan minimum əmək haqqı miqdarı Avropa ölkələrindəkindən kifayət qədər aşağı səviyyədədir.

Yeri gəlmişkən, məşhur “Trading Economics” xəbər portalının yayımladığı “Sosial təminat dərəcəsi” reytinqində  Azərbaycan 25 faizlik miqdar ilə Avropa ölkələrindən xeyli geridə qalıb.

Azərbaycan / Birlik ölkələri Minimum əmək haqqları
Lüksemburq 2.141 € (4.327 manat)
İrlandiya 1.706 € (3.448 manat)
Hollandiya 1.680 € (3.394 manat)
Almaniya 1.584 € (3.200 manat)
Fransa 1.539 € (3.110 manat)
İspaniya 1.108 € (2.239 manat)
Slovenya 940 € (1.900 manat)
Malta 761 € (1.539 manat)
Yunanıstan 758 € (1.532 manat)
Portuqaliya 665 € (1.343 manat)
Slovakya 623 € (1.258 manat)
Polşa 611 € (1.234 manat)
Litva 607 € (1.226 manat)
Çexiya 586 € (1.184 manat)
Estoniya 584 € (1.179 manat)
Xorvatiya 546 € (1.103 manat)
 Latviya 500 € (1.010 manat)
Macarıstan 488 € (985 manat)
Ruminya 472 € (954 manat)
 Bolqarıstan 332 € (670 manat)
 Azərbaycan 123 €  (250 manat)

 

 

araz.az

Azərbaycanda çörəyin qiyməti bahalaşdı – FOTO

corek 1 e1614239037675

Azərbaycanda soyuq hava şəraiti çörəyin qiymətinə də təsirsiz ötüşməyib.

Yollar buz bağlaması səbəbilə təkcə bir günlük – ötən gün yaşanan çörək qıtlığı bu gün çörəyin qiymətinin qalxmasına səbəb oldu.

Belə ki, dünənə kimi 1,30 manata satılan “doyumluq təndir lavaş”ının qiyməti bu gün 1,54 manat olub.

İçərisində 10 ədəd olan “dönər lavaş”ının qiyməti isə 1,20-dən 1,44-ə yüksəlib.

Qiymət artımı baton çörəklərində də müşahidə edilib. Belə ki, 400 qram olan doğranmış baton çörəyi ötən gün 55 qəpik idisə, bu gün 70 qəpiyə satılır. //Yenisabah.az

Vətəndaşlara ƏDV-dən bu qədər vəsait QAYTARILIB

DVwww.edvgerial.az portalında qeydiyyatdan keçmiş vətəndaşların sayı və geri qaytarılan vəsait açıqlanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumilikdə qeydiyyatdan keçənlərin sayı 900 min nəfərdir:

“Portalda qeydə alınan kassa çeklərinin sayı 800 milyondan çoxdur. Ümumilikdə istehlakçılara 33,4 milyon manat vəsait geri qaytarılıb”.

Həmçinin, bildirilib ki, yeni e-kassaların sayı 23 mindir.

Neftin qiymətində rekord – “Brent” 61 dolları ötdü

neft

Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti Londonun “ICE” birjasında saat 06:14 (GMT+4) üçün 0,76 faiz bahalaşaraq 61,02 dollar/barel təşkil edib.

araz.az məlumatına görə, son dəfə “Brent” markalı neftin qiyməti 2020-ci il yanvarın 7-də 61 dollardan yüksək olub.

Saat 06:16 (GMT+4) üçün “Brent” markalı neft 61,01 dollar (+0,74 faiz) mənləğində satılıb.

“WTI” markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0,63 faiz bahalaşaraq 58,2 dollar/barel təşkil edib. /Modern.az/

4 -dən səhifə 40

Əlaqəli xəbərlər