Neftin bahalaşması davam edir

925cc9743650acf

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin aprel müqaviləsinin dəyəri 0,29% artaraq 1 barelə görə 59,17 dollar təşkil edib.

araz.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,68% artaraq 56,61 dollar təşkil edib.     /modern.az/

Mərkəzi bankın hazırkı binası tələblərə cavab vermir - Sədr

milli bank

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov yeni binanın tikintisinin hansı zərurətdən doğduğuna aydınlıq gətirib.

araz.az  Modern.az-a istinadən xəbər verir ki, İdarə Heyətinin sədri Elman Rüstəmov onlayn mətbuat konfransında bildirib ki, əvvəllər Mərkəzi Bank klassik idi, indi isə bütövlükdə maliyyə bazarlarına tam nəzarəti icra edir:

“Bizim iş həcmimiz və işçilərimizin sayı əhəmiyyətli dərəcədə artıb. Biz bu gün faktiki olaraq, 3 ünvanda yerləşirik: bizim köhnə binamız, yeni binamız və çoxunun bilmədiyi xəzinədarlığımızdır, hansı ki, Nərimanovda bir dalanda yerləşir. O nə fiziki tələblərə, nə də təhlükəsizlik tələblərinə cavab verir. Yəni Mərkəzi Bankın xəzinəsinin əhəmiyyətli hissəsi kənardadır. Təbii ki, bu, idarəetmə baxımından əlverişsizdir”.

Baş bankir deyib ki, Mərkəzi Bankın biznes proseslərini tam avtomatlaşdırılmış şəkildə idarə etməsi üçün yeni binaya ehtiyacı var:

“Bir şeyi də diqqətə çatdırım ki, bina tam hazır olandan sonra hazırkı binları dövlətə qaytaracağıq. Bunlar çox əhəmiyyətli və qiymətli aktivlərdir. Bizim hesbalamalarımıza görə bu, bizim sərf etdiyimiz dəyərin ən az yarısını dövlət üçün qabaqlayacaq”.

Qarabağda Azərbaycana dəymiş ziyanın hesablanmasına başlanılıb

 

mikayil cabbarov

“Beynəlxalq təcrübəyə uyğun olaraq işğaldan azad edilən ərazilərin bərpası və inkişafı ilə bağlı konsepsiya artıq hazırlanıb və qəbul edilib”.

Bunu Nazirlər Kabinetinin 2021-ci il prioritetlərinə həsr olunan iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, həmin konsepsiya işğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun inkişafını, əlverişli biznes mühitinin yaradılmasını, dövlət və özəl sektor tərəfdaşlığının təşviqini, sosial dəstək mexanizmlərinin tətbiqini, yaşayış məntəqələrinin bərpası və məcburi köçkünlərin qayıdışını, torpaq islahatlarının aparılmasını əhatə edir:
“Eyni zamanda, beynəlxalq ekspertiza cəlb edilməklə dəymiş ziyanın hesablanmasına başlanılıb. İşğaldan azad olunmuş ərazilər üzrə əmlakın ilkin inventarlaşdırılması işləri də həyata keçirilir. Bu günə kimi 7 rayon üzrə 5 yaşayış məntəqəsində işlər yekunlaşıb. 30 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir. 132 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən edilib”.
M.Cabbarov qeyd edib ki, 17 yanvar 2021-ci il tarixinə Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər rayonları və Suqovuşan qəsəbəsi üzrə cəmi 4 min 83 əmlakın çöl inventarlaşdırma işləri tamamlanıb.  /Oxu.az/

“Brent“ nefti bahalaşdı

neft

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin mart müqaviləsinin dəyəri 0,51% artaraq 1 barelə görə 55,03 dollar təşkil edib.

araz.az  Turkustan.info-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında fevralda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,13% azalaraq 52,35 dollar təşkil edib.

Nazir elan etdi: Böyük Qayıdış başlayır

mikayil cabbarov2 e1610693490720iq

Ali Baş Komandanın qətiyyəti və Milli Ordumuzun rəşadəti ilə işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdış başlayır.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“İqtisadiyyat Nazirliyi və Qarabağ Dirçəliş Fondu Qarabağın yüksək rifaha malik regiona çevrilməsinə mühüm dəstək verəcəklər”, – deyə o, qeyd edib. (axar.az)

5 -dən səhifə 40

Əlaqəli xəbərlər