Dünya bazarlarında təbii qazın qiyməti azalıb

qaz problemi 0698Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

 APA bildirir ki, sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 0,04% azalaraq 2,49 ABŞ dolları təşkil edib.

araz.az

Manatın MƏZƏNNƏSİ

200 manat

 

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

Milli.Az-ın məlumatına görə, 2020-ci ilin avqustun 21-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 2,0190 manata yüksəlib, Rusiya rublu  0,0230 manata enib, 1 türk lirəsi 0,2331 manat səviyyəsində qalıb.

araz.az

"LUKOYL-Azərbaycan"nın baş direktoru: "Bu il neft məhsullarının daşınması 158 min tonu keçib" - MÜSAHİBƏ

874893araz.az "LUKOYL-Azərbaycan" QSÇ-nin baş direktoru Zaur Cəlilovun "Trend" İnformasiya Agentliyinə müsahibəsini təqdim edir.

"LUKOYL-Azərbaycan" ölkə ərazisində 63 yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkəni idarə edir. Nəzarət orqanları ilə münasibətlər necə inkişaf edir, onların nəzarətini həddindən artıq olduğunu hesab etmirsinizmi?

- QSÇ-nin bütün yanacaqdoldurma məntəqələrində müəyyən edilmiş dövlət tələblərinə uyğun olaraq yanacaq paylama kolonkaları işləməsi təmin olunub. Yanacaqdoldurma məntəqələrində avadanlıqlar mövcud qanunvericiliyə uyğun olaraq mütəmadi olaraq səlahiyyətli dövlət qurumları tərəfindən yoxlanılır. Bizim üçün bu, daim xidmət və məhsul keyfiyyətinə nəzarət etmək üçün əlavə bir stimuldur.

Azərbaycanda satdığınız yanacaq Rusiyada və ya Avropada satılanlardan fərqlidir?

- Heç bir fərqi yoxdur. LUKOYL müştərilərinə tərkibində xüsusi əlavələrdən ibarət olan patentləşdirilmiş, yüksək keyfiyyətli EKTO yanacağını təklif edir. LUKOYL-in neft məhsulları ən yüksək beynəlxalq standartlara, eləcə də Rusiya və Avropa Birliyində qəbul edilmiş ekoloji tələblərə cavab verir.

Narazı müştərilərlə qarşılaşırsınız? Yanacaqdoldurma məntəqələrinizdə Şikayətlər və Təkliflər Kitabı aktualdırmı?

- Müasir sosial şəbəkələr ənənəvi Şikayətlər və Təkliflər Kitabını uğurla tamamlayır. Çox vaxt şikayətlər əsassız olur və sosial şəbəkələrdə yerləşdirilən paylaşımları artıq digər istifadəçilər də dəstəkləyirlər. Biz həmişə müştərilərin istəklərinə diqqətlə yanaşırıq və hər bir istəyi fərdi qaydada dərhal nəzərdən keçiririk. Bunun sayəsində istehlakçının LUKOYL brendinə sadiqlik dərəcəsi yüksəkdir.

Əvvəlcə narazı olan bir müştərini özünüzə cəlb edə və onu iddialarının əsassız olduğuna inandıra bilirsinizmi?

- Bunun üçün səy göstəririk. Məsələn, bir bloqqer müştərisinin bir yanacaqdoldurma məntəqəsində doldurulan yanacaq həcmi ilə avtomobilin texniki pasportunda göstərilən çənin tutumu arasındakı uyğunsuzluqla əlaqəli son bir sorğusunu yerinə yetirmək üçün onun avtomobilinin çən tutumu yoxlanışını təşkil etmək lazım olub. Məsələ ondadır ki, təhlükəsizlik baxımından avtomobilin texniki xüsusiyyətlərində çənin həcmi faktiki səviyyədən aşağı göstərilə bilər. Müxtəlif istehsalçıların avtomobilləri üçün faktiki və texniki pasportunda göstərilən yanacaq çənin həcmi fərqlidir və bir sıra amillərdən, o cümlədən istismar amillərdən, asılıdır. Dəqiq həcmi ölçmək yalnız apardığımız yoxlamanın nəticələrinə görə mümkündür. Və biz onu etdik.

Nəticədə müştəri paylanmış yanacaq həcmi ilə avtomobilinin çəninin həqiqi tutumu arasındakı dəqiq uyğunluqdan əmin ola bildi. Bloqqer sosial şəbəkələrdə daha əvvəl yazılmış iddianı təkzib edən başqa bir paylaşım edib, həmçinin video görüntüləri və yoxlamanın nəticələrini də yerləşdirmişdi.

Azərbaycanda yanacaqdoldurma məntəqəsinin əməkdaşları üçün bu vəziyyətdə necə davranmaq, qəza vəziyyətində reaksiya göstərmək barədə təlimatlar varmı? Axı yanacaqdoldurma məntəqələri artan yanğın təhlükəsi obyektidir.

- LUKOYL yanacaqdoldurma məntəqəsinin bütün işçiləri təlim, peşəkar inkişaf proqramları və müntəzəm brifinqlərdən keçirlər. Təhlükəsizlik qaydalarına riayət etmək hər LUKOYL işçisinin borcudur. Bu, təkcə Azərbaycana deyil, şirkətin işlədiyi bütün ölkələrə aiddir. Yanacağın keyfiyyətinə, yanacaqdoldurma məntəqələrində xidmət səviyyəsinə və təhlükəsizlik səviyyəsinə diqqətlə yanaşmaq eyni zamanda "LUKOYL" şirkətinin sənaye və ekoloji təhlükəsizlik sahəsində korporativ standartları ilə şərtləndirilib.

Bu ilin birinci yarısında şirkətin Azərbaycandakı fəaliyyətinin nəticələri hansılardır? Bu ilin birinci yarısında Azərbaycanda LUKOYL neft bazası vasitəsilə neft məhsullarının daşınması həcmi nə qədərdir? Şirkət tərəfindən ilin birinci yarısının sonunda respublikada satılan neft məhsullarının həcmi nə qədərdir?

- "LUKOYL Azərbaycan" QSC-nin 2020-ci ilin birinci yarısında neft məhsullarının daşınması 158 min tonu keçib. Neft məhsullarının pərakəndə satışı təxminən 99 min ton təşkil edib. Kiçik topdan satış 59 min tonu keçib.

araz.az

Pandemiyadan zərər çəkmiş bu şəxslərə ikinci maliyyə dəstəyinin ödənilməsinə başlanılıb

a530696c ceaf 4f4d aad0 b5fbde7c9febİkinci maliyyə dəstəyi proqramı çərçivəsində muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsinə başlanılıb.

İqtisadiyyat Nazirliyindən Open.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin tapşırığına və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə ikinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait köçürülməsinə başlanılıb.

Maliyyə dəstəyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, birinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait almış və dövlət başçısının çağırışına cavab olaraq, işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayı əsas götürülməklə bir aylıq əməkhaqqı fondu həcmində göstərilir və avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

Məlumat verildiyi kimi, maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində vergi ödəyicilərinin yenidən müraciət etmələrinə ehtiyac yoxdur.

Avqustun 19-u tarixinə 2-ci mərhələ çərçivəsində 228.175 muzdlu işçini əhatə edən 22.603 vergi ödəyicisinin bank hesablarına ilkin olaraq 50,38 mln. manat köçürülüb.

Maliyyə dəstəyi proqramının ikinci mərhələsində ödənişlə əhatə olunmuş muzdlu işçilərin sayı birinci mərhələdə vəsait almış muzdlu işçilərin sayından 12.177 nəfər çoxdur ki, bu da şəffaflaşdırma nəticəsində əmək müqavilələri bağlamış işçi saylarının artması ilə əlaqədardır.

Bununla yanaşı, aprel-may-iyun ayları ərzində işçilərinin hamısını (1666 nəfər) ixtisar etmiş 553 vergi ödəyicisinə və işçilərinin sayında ciddi azalmalara yol vermiş 374 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilməsindən imtina edilib.

İndiyədək maliyyə dəstəyi proqramları çərçivəsində 107.191 fərdi (mikro) sahibkara 76 mln. manat məbləğində birdəfəlik maliyyə dəstəyi göstərilib.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.

Ətraflı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3c7VAAt

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/2VlICZ7

Kartla əməliyyatların aparılması qaydalarına dəyişiklik edildi

parla az ed2efd39b1ce1b2cd8c32a41bed95e67 imho8ry2jbw670czsa5x 640x336Kart vasitəsilə əməliyyatların aparılması qaydalarına dəyişiklik edilib.

PARLA-nın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarında əksini tapıb.

Dəyişikliyə əsasən, emitent və (və ya) ekvayer tərəfindən daha aşağı limit müəyyən edilmədikdə bankomat, POS-terminal və digər ödəniş terminalları vasitəsilə 100 (yüz) manat və ondan yuxarı məbləğdə həyata keçirilən nağdsız əməliyyatlar PİN-kodun daxil edilməsi və ya emitent tərəfindən kart istifadəçisinin müəyyən edilməsi üçün tətbiq edilən digər üsulların istifadə edilməsi ilə aparılacaq.

İndiyə qədər bu məbləğ 50 manat idi.

Qeyd edək ki, bu dəyişiklik Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq innovativ ödəniş həllərini özündə ehtiva edən rəqəmsal ekosistemin yaradılması istiqamətində görülən işlərin davamı olaraq ödəniş kartları ilə əməliyyatlarda təmassız ödənişlərin daha da genişləndirilməsi məqsədilə edilib.

Qərar 13 avqust 20120-ci il tarixindən qüvvəyə minib.

araz.az

10 -dən səhifə 40

Əlaqəli xəbərlər