Yaponiya şirkəti azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası yaradacaq

qarabag

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası məqsədilə Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında müqavilə imzalanıb.

araz.az xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Müqavilə işğaldan azad edilmiş ərazilərdə külək, günəş, hidro, geotermal və bioenerji kimi bərpa olunan enerji potensialından səmərəli istifadə, enerji səmərəliliyi texnologiyaları, müasir enerji idarəetmə yanaşmaları əsasında regionun enerji təminatını həyata keçirmək məqsədilə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanmasını nəzərdə tutur.

Layihə çərçivəsində sahə üzrə beynəlxalq təcrübə araşdırılacaq, işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişaf və əhalinin məskunlaşmasından asılı olaraq enerjiyə tələbat və enerji təchizatı ssenariləri, bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası, enerji effektivliyi, nəqliyyat, şəhərsalma, tullantıların idarə edilməsi, ağıllı şəbəkələr, yaşıl maliyyələşdirmə və s. kimi məsələlər əhatə ediləcəkdir.

Qeyd edək ki, 1960-cı ildə təsis olunmuş TEPSCO şirkəti dünyanın 90-dan çox ölkəsində layihələr həyata keçirib və "yaşıl enerji" sahəsində beynəlxalq təcrübəyə malikdir. Şirkət tərəfindən Yaponiya, Vyetnam, Malayziya, İndoneziya, Braziliya və Tailandda “ağıllı şəhər” layihələri çərçivəsində “yaşıl həllər” təklif edilib.

Şirkət Azərbaycanda da bir sıra layihələrin icrasında iştirak edib. Bunlardan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının tikintisi layihəsində məsləhətçi xidmətlərini, Azərbaycan Respublikasının enerji sektorunun sahəvi təhlili və digərlərini qeyd etmək olar.

Xatırladaq ki, 3 may 2021-ci il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Azərbaycanla Türkiyə arasında avtodaşımalara dair işçi qrupu yaradıldı

avtobus34

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX), Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) və Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Birliyinin (UND) gələcək əməkdaşlığa dair birgə onlayn konfransı baş tutub.

Nazirlikdən verilən məlumata görə, konfransı giriş sözü ilə açan DANX-ın rəisi Həbib Həsənov Azərbaycan və Türkiyə arasında beynəlxalq avtomobil daşımaları istiqamətində həyata keçirilən islahatlar və tədbirlər barədə iştirakçılara məlumat verib və gələcək əməkdaşlığın perspektivlərindən bəhs edib.

ABADA-nın Baş katibinin müavini Kənan Qurbanov iki ölkə arasındakı daşımalara dair son statistik göstəriciləri tədbir iştirakçılarına təqdim edib. Həmin göstəricilərin ötən illərlə müqayisəli təhlili aparılıb.

UND-un İdarə Heyətinin sədri Çətin Nuhoğlu beynəlxalq daşımalarda iştirak edən sürücülərin təcrübə mübadiləsinin əhəmiyyətindən bəhs edib. Proqram çərçivəsində mütəmadi görüşlərin keçirilməsi və müzakirələrin aparılmasının təşkili və tənzimlənməsi məqsədilə birgə işçi qrupunun yaradılmasına qərar verilib.

Tədbirin yekununda iki ölkə arasında daşımalara dair gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün ABADA və UND arasında təhsil sahəsində təcrübə mübadiləsinə dair razılaşma əldə edilib.

araz.az xəbər portalı

Azərbaycanın RƏSMİ MİLYONÇUları (SİYAHI)

big 1619819323 mill
 
Ölkənin rəsmi milyonçularının siyahısını tərtib edilib. Söhbət bankların və sığorta şirkətlərinin səhmdarlarından gedir. Haşiyəyə çıxaraq qeyd edək ki, yalnız bank və sığorta sektorunda hesabatlılığın əlçatan olması araşdırmaya təsirsiz ötüşməyib.
 
araz.az  xəbər verir ki, İndex.az hesablama zamanı yalnız saytlarda yerləşdirilən hesabatlara istinad edib. 
Əsas meyar kimi həmin şəxslərin səhmdar (nizamnamə) kapitalındakı payı götürülüb. Üstəlik, əlavə olaraq oxucularımız üçün səhmdarların 2020-ci ildə əldə etdiyi dividendlərin həcmini də təqdim edirik. Lakin istənilən şəxs bankın/sığorta şirkətinin hesabatına daxil olaraq onların ötən illər ərzində əldə etdiyi qazanca nəzər sala bilər. Index.az mütəmadi olaraq auditaroyasını iş adamlarının indiyədək əldə etdiyi dividendlər barədə məlumatlandırır.
 
 
araz.az

“Tender kralı“ hacı Ramazan yeni fabrik tikidirir?

ramazan

Azərbaycanda “tender kralı” kimi tanınan, uzun illərdir nəzarətində olan yüzlərlə MMC ilə dövlət satınalmalarında müxtəlif formalarda maxinasiyalar etdiyi iddia olunan Ramazan Mirzəyev yeni fabrik tikdirir.

AzFakt.com-un əldə etdiyi məlumata görə Rəfail Mirzəyevlə hacı Ramazanın mebel fabrikinin inşasına iş adamının Türkiyədə yaşayan Nicat adlı oğlu nəzarət edir.

Sənədlərdə Nicatın adına rəsmiləşdirilən, Binəqədi rayonunda inşa edilən hektar yarıma yaxın olan fabrikin ərazisinin dəyərinin iki milyon manata yaxın olduğu deyilir.

Hacı Ramazanın həmin ərazidə daha bir proyekt ərsəyə gətirdiyi də deyilir. Bu obyekt isə böyük həcmdə saxlanc anbarıdır.

Min kvadrata yaxın olan bu obyektin dı dəyərinin milyonlarla ölçüldüyü deyilir.

Qeyd edək ki, hacı Ramazan Mirzəyevin adı uzun illərdir yüksək vəzifəli məmurlarla müxtəlif maxinasiyalarda hallanır.

Qarşı tərəf münasibət bildirə bilər.

“ƏDV geri al” ilə bağlı YENİ XƏBƏR

edv

 

2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı”nın maliyyə partnyorları olduğu, biznes ictimaiyyəti və vətəndaşlar tərəfindən rəğbətlə qarşılanan layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, 2020-ci ilin may ayından etibarən bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda (www.edvgerial.az) 1 milyon 340 mindən çox istifadəçi qeydə alınıb.

“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2021-ci ilin 1-ci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən iki bank üzrə ümumilikdə 147.111.792 çek üzrə 60.192.462 manat ƏDV məbləği geri qaytarılıb. 2021-ci ilin 1-ci rübü ərzində çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib.

Belə ki, əgər yanvar ayında portalda qeydiyyatdan keçmiş 779.018 istehlakçı sistemə çek əlavə etmişdisə, mart ayında bu rəqəm 1.026.757 nəfərə çatıb ki, bu da “ƏDV geri al” layihəsinə olan marağın sürətlə artmasını göstərir.

Bütövlükdə, 2021-ci ilin 1-ci rübü ərzində 67.101.388 kassa çeki üzrə 26.770.074 manat ƏDV məbləği istehlakçılara geri qaytarılıb.

Xatırladaq ki, qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir.

İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır.

Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir.

ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya əlavə olaraq POS-terminaldan çıxarış da verilməlidir.

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir.

Həmçinin, “Kapital Bank”ın BirBank və ya “Azərbaycan Beynəlxalq Bankı”nın “Iba mobile” tətbiqlərinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər.

İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqlənməsi istehlakçının elektron kabinetində dərhal əks olunur.

ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə isə 10 faizi müvəkkil banklar tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual “pul qabı”na yerləşdirilir.

İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.

Qeyd edilməlidir ki, Vergi Məcəlləsində nəzarət-kassa aparatının çeklərindəki məlumatlarla bağlı konkret tələblər mövcuddur ki, bu məlumatlara vətəndaşlar tərəfindən diqqət yetirilməlidir.

Fiskal çeklərdə məhsulun adının qeyd olunmaması, çeklərin ümumi tələblərə uyğun olmaması (malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin məbləği); nəzarət-kassa aparatının markası və zavod nömrəsi; nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti); malın sürətli məlumat kodu (Quick Response Code) və s.) ƏDV-nin geri alınması üçün müraciətə imtinaya səbəb ola bilər.

Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir.

2 -dən səhifə 40

Əlaqəli xəbərlər