Gec də olsa ermənilər bu ərazilərin Azərbaycana aid olduğunu anladı - Ekspert

1620455779 1613199707 untitled 1

"Artıq ermənilər çıxılmaz vəziyyətdə qaldıqlarını görüb bu abidəni sökməyə qərar verdilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Qarabağdakı rus sülhməramlılarının komandanı general Rüstəm Muradovun Xocavənddəki erməni faşist kollaborasionisti Qaregin Njdenin abidəsinin sökülməsi ilə bağlı göstərişini şərh edərkən deyib. Onun fikrincə, Qaregin Njdeyə qoyulan abidənin Azərbaycana aid olan Xocavənd rayonu ərazisində yerləşməsi Azərbaycan üçün qəbuledilməz idi:

"Azərbaycan tərəfi bunu dəfələrlə dilə gətirmişdi. Lakin bu məsələ ermənilər üçün növbəti zərbə olacağı anlamına gəlirdi. Bu abidənin 9 Maya qədər sökülməsi Azərbaycanın qırmızı cizgisi idi. Xatırlayırsınızsa, mətbuatda Xocalı qatillərindən biri olan və hazırda qondarma qurumun "təhlükəsizlik katibi işləyən Vitali Balasanyan da vaxtı ilə fəxr etdiyi Njdenin abidəsinin sökülərək ya Ermənistana daşınmasını, ya da heç olmasa müvəqqəti də olsa yığışdırılmasını təklif etmişdi. Gec də olsa artıq ermənilər bu ərazilərin Azərbaycana aid olduğunu anlamağa başlayıblar”.

Qeyd edək ki, Qarabağdakı rus sülhməramlılarının komandanı general Rüstəm Muradov Xocavənddəki erməni faşist kollaborasionisti Qaregin Njdenin abidəsinin sökülməsinə göstəriş verib.

Bahar Rüstəmli

“Milli iqtisadiyyatın sosialyönümlülük prinsipi əsasında inkişafı Ulu Öndərin əsas strateji hədəflərindən biri olub”

esedov666

“Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursda insan amili, əhalinin sosial müdafiəsi prioritet təşkil edir”.

araz.az  xəbərinə görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov deyib.

“Əhalinin sosial maraqlarının təminatı, xüsusən aztəminatlı insanların sosial müdafiəsi, şəhid və qazilərin, qaçqın və məcburi köçkün ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, ölkənin iqtisadi potensialının, ilk növbədə, xalqın rifahına yönəldilməsi dövlət qarşısında strateji vəzifələrdən biri kimi müəyyən edilib. Milli iqtisadiyyatın sosialyönümlülük prinsipi əsasında inkişafı Ulu Öndərin əsas strateji hədəflərindən biri olub”, - o vurğulayıb.

 

 

araz.az

Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi

6094f4b0f3cee6094f4b0f3cf016203747040a6e414c14a42ae0703757160cef41d9

Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalayıb.

araz.az xəbər verir ki, sərəncamda deyilir: “Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir.

Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir.

Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə qərara alıram:

1. Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

 

 

araz.az

AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olundu - FOTOLAR

edf3866c698a377eab6d50815d945cb0850

Bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək AVRO-2020-nin Kubok turu çərçivəsində Avropa çempionatının kuboku Bakıya gətirilib.

araz.az  xəbər verir ki, mayın 7-dən 9-dək Bakıda nümayiş olunacaq Avropa çempionatının kuboku Prezident İlham Əliyevə təqdim edilib.

UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmüş şəxsin şərəfinə “Anri Delone kuboku” da adlandırılan bu kubok turnirin final oyununda qalib gələn komandaya təqdim olunacaq. Kubok Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagenə aparılacaq.

Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.




 
 
araz.az

Prezidentdən daha bir SƏRƏNCAM

ilham4

Prezident İlham Əliyev "Bir sıra şəhər və rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

araz.az xəbər verir ki, sərəncamla əhalisi 60698 nəfər olan 6 şəhər və rayonun 23 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 26 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,82 milyon (bir milyon səkkiz yüz iyirmi min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

1 -dən səhifə 181

Əlaqəli xəbərlər