Azərbaycanla Turkiyə arasında imzalanan sənədlərin SİYAHISI

turkiye azerbaycan bayraq

Nazirlər Kabineti Ankarada fevralın19-da keçirilən Azərbaycan-Turkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının sonunda iqtisadi əməkdaşlığa dair imzalanan sənədlərin siyahısını açıqalyıb.

araz.az  Turkustan.info-ya istinadən  xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Həmin sənədlər aşağıdakılardır:

– Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol;

– Halal akkreditasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;

– Türk Akkreditasiya Agentliyi (TÜRKAK) ilə Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) arasında Əməkdaşlıq Protokolu;

– Nəqliyyat və elm texnologiyaları sahələrində tədqiqat və inkişaf fəaliyyətləri istiqamətində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökümətlərarası Komissiyanın 9-cu iclasının Protokolu və Azərbaycan-Turkiyə iqtisadi əməkdaşlığına dair fəaliyyət planını Baş nazir Əli Əsədov və Vitse-prezident Fuat Oktay imzalayıblar.

İmzalamadan sonra Baş nazir Əli Əsədov və Vitse-prezident Fuat Oktay mətbuata açıqlama ilə çıxış ediblər.

Qeyd edək ki, iclasda 8-ci iclasda qəbul olunmuş qərarların həyata keçirilməsinin vəziyyəti müsbət qiymətləndirilib.

Qeyd olunub ki, Azərbaycan və Türkiyə Prezidentlərinin müəyyənləşdirdiyi 2023-cü ildə ticarət dövriyyəsinin 15 milyard dollara çatdırmaq haqda tapşırığı həyata keçirmək əsas hədəfdir.

Növbəti illərdə iqtisadi və ticarət əlaqələrini sürətləndirməyin yolları müzakirə olunub.

Azərbaycanla Turkiyə arasında ötən gün imzalanan sənədlərin siyahısı (FOTO) - Gallery Image Azərbaycanla Turkiyə arasında ötən gün imzalanan sənədlərin siyahısı (FOTO) - Gallery Image Azərbaycanla Turkiyə arasında ötən gün imzalanan sənədlərin siyahısı (FOTO) - Gallery Image Azərbaycanla Turkiyə arasında ötən gün imzalanan sənədlərin siyahısı (FOTO) - Gallery Image

Əlaqəli xəbərlər