Putindən ŞOK AÇIQLAMA - İndi də hədəfdə o türk respublikasıdır?

1620547684 putin 2

Rusiya Prezidenti Vladimir Putin maraqlı açıqlama ilə çıxış edib.

araz.az azmarka.az-a istinadən xəbər verir ki, Putin Əfqanıstandakı vəziyyətin haqlı olaraq Tacikistanda narahatlıqları artırdığını deyib.

Tacikistanın Əfqanıstanla ən uzun sərhədə malik olduğunu söyləyən Putin bölgədə təhlükəsizlik məsələlərinin çox vacib olduğunu vurğulayıb: "Tacikistan silahlı qüvvələrini gücləndirmək üçün çalışırıq. Bu sahədə ortaq işlərimiz var".

Qeyd edək ki, Rusiya lideri ölkəsinin Tacikistan ordusunu gücləndirməyə çalışdığını deyərkən bunu Əfqanıstandakı durumla əlaqələndirsə də, onun açıqlaması Tacikistan-Qırğızıstan sərhədində vəziyyətin gərginləşməsindən və silahlı qarşıdurma yaşanmasından bir qədər sonraya təsadüf edib.

Xatırladaq ki, aprelin sonunda baş verən həmin toqquşmalarda onlarla insan həlak olmuş və ya yaralanmışdı.

 araz.az

Əlaqəli xəbərlər