Lavrov Bakıdadır…

5945971 715x400

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başlayıb.

araz.az  xəbər verir ki, bu axşam o, Prezident İlham Əliyevlə görüşəcək.  Mayın 11-də isə Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqları planlaşdırılıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın verdiyi məlumata görə, səfər zamanı Rusiya ilə Azərbaycan arasında ikitərəfli və regional əməkdaşlıq, habelə beynəlxalq aləmdə qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektri nəzərdən keçiriləcək.

Danışıqlar zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinin praktik aspektlərinə üstünlük veriləcəyi bildirilib.

 

 

araz.az

Əlaqəli xəbərlər