“Türkiyənin Azərbaycanda hərbi bazası olacaq”

TURKIYE45

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan NATO toplantısının, amerikalı həmkarı Co Baydenlə görüşsün yekunları, o cümlədən Azərbaycana səfəri ilə tarixi Şuşa bəyanaməsinin imzalanmasına dair mətbuat konfransı keçirib. Ərdoğan jurnalistlərdən birinin “Azərbaycan prezidenti İlham Əliyev Şuşa bəyannaməsini Qars anlaşmasına bənzətdi. Azərbaycan cəmiyyətində Türkiyənin Azərbaycanda hərbi baza yaratması tələbi var. Yeni anlaşma çərçivəsində Türkiyənin Azərbaycanda hərbi bazanın yaratması mümkündürmü? Şuşa bəyannaməsi hərbi bazanın yaradılmasını nəzərdə tuturmu” sualına belə cavab verib: “Şimdi bu, açıkladığımız maddelerin dışında değil. Burada daha sonra gelişme, genişleme olabilir. Şimdilik burada daha çok, özellikle bu sınır boylarının garanti altına alınması, teminat altına alınması asıl olandır. Burada özellikle sayın İlham Aliyev’in Putin ile yapacağı ara görüşmeler bu işi farklı bir şekilde geliştirebilir. Bizim yapacağımız görüşmeler bu işi farklı şekilde geliştirebilir”.

Beləliklə, proqnozumuz doğrulmaq üzrədir. Türkiyənin Azərbaycanda hərbi bazası və ya bazaları olacaq və Türkiyə Cumhurbaşqanının sözlərinə görə Şuşa bəyannaməsi buna tam şərait yaradır. Bu həm Azərbaycanın, həm Türkiyənin, həm də çox önəmlisi Türkiyə-Azərbaycan hərbi ittifaqının tələblərinə cavab verir. Ancaq Rəcəb Tayyib Ərdoğan cavabında ona da işarə edib ki, İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında görüşlər olacaq. Ərdoğana bu haqda Bakıda məlumat veriblər.

Cənablar, Türkiyənin Azərbaycanda hərbi bazaları olmalıdır, Rusiya ilə müxtəlif məsələləri müzakirə etmək olar, ancaq bu məsələnin Kremlə dəxli yoxdur.

Elxan ŞAHİNOĞLU

Politoloq

Əlaqəli xəbərlər