“Paşinyan da küçədən gəlmiş bir adamdır...”

cumsud2

Bu gün – iyunun 20-də Ermənistanda,  qondarıldığı gündən Rusiya, Fransa, ABŞ, Almaniya da daxil olmaqla imperialist güclərin əlində alət olmuş bu qəsbkar ölkənin, eləcə də regionun  taleyinə xeyli təsir göstərə biləcək erkən parlament seçkiləri keçirilir. 

Görəsən, Azərbaycanla, Türkiyə ilə bütün danışıqlar, razılaşmalara rəğmən Rusiya prezidenti V.Putin ikiüzlülük edib özünün dostu sayılan Robert Köçəryan kimilərin seçkilərdə qələbəsinə gizli yollarla, amma birbaşa, ciddi dəstək verərək  Ermənistanda revanşist qüvvələrin qələbəsini təmin edə, sonra da onların 10 Noyabr razılaşmasını pozmasına göz yuma və daha sonra deyə bilərmi ki, Rusiya nə edə bilərdi, demokratik seçki oldu, qalib gəldilər, indi də  Azərbaycanın Qarabağı azad etməsiylə  razılaşmırlar... 

Mövzu ilə bağlı Moderartor.az-ın sualına cavabında siyasi elmlər doktoru, politoloq Cümşüd  Nuriyev bunları söyləyib:

“Əvvəla, onu deyim ki, Köçəryan və onun kimilərin hakimiyyətə qayıtma ehtimalı çox aşağıdır. İkincisi də,  məsələ ondadır ki. Köçəryan iqtidara gəlsə də belə, Ermənistan artıq ayın 21-i növbəti mitinqlərə hazırlaşır...  Paşinyan da bəyan elədi ki, biz seçilməsək, ölkədə heç nə alınmayacaq. Yəni ölkənin xeyli hissəsi Köçəryanın qələbəsini qəbul etməyəcək... Düzdü, Rusiya  hazırda Ermənistanda 3 qüvvə ilə çıxış edir və səs çoxluğunu götürməyə çalışır. Amma Putin bir şeyi başa düşsün ki, Azərbaycan da onu yaxşı tanıyır, dünyada onu yaxşı tanıyır.  Və əgər Rusiya lideri yenə eyni ağılla hərəkət eləsə, nəticə ölkəsi üçün heç də yaxşı olmayacaq. Onsuz da hazırkı durum Rusiyanın sonuna aparır. Kremlin Azərbaycan və Türkiyəyə qarşı qeyri-səmimi davranışları isə onun tam sonuna gətirə bilər. Çünki Azərbaycan da əvvəlki Azərbaycan deyil. Amma biz istəmirik Rusiya ilə qarşıdurmaya gedək...” 

“Paşinyan bir neçə gündür, seçicilərlə görüşlərində deyir ki, “bizim şərtlər  qəbul olunmayacağı halda Zəngəzur dəhlizinin açılmasından söhbət gedə bilməz”. Yəqin ki, bu, seçkiqabağı gedişdir, yoxsa?..” sualını isə politoloq belə cavablandırıb:

“Sözsüz ki, bu, seçkiqabağı daxili auditoriyaya hesablanmış  bir çıxışdır. Çünki artıq Şuşa Bəyannaməsi ilə də Azərbaycan Türkiyə ilə həmin dəhlizin açılmasının  hüquqi bazasını qoydu. İkincisi də, Paşinyan heç yana qaça bilməz. Çünki Zəngəzur dəhlizinin açılması haqda iki sənədə imza atıb: həm 10 noyabr 2020-ci ildə, həm də 11 yanvar 2021-ci ildə. Ermənilər istəsə də, istəməsə də, Zəngəzur dəhlizi açılacaq. Ancaq indi hələlik ona qarşı çıxış etmək Paşinyana bir siyasi gediş üçün lazımdır”. 

Həmsöhbətimiz Paşinyanın seçkilərdə qalib gəlmə şansıını da dəyərləndirib.

“Belə görünür ki, Ermənistan əhalisinin əksəriyyəti Paşinyana səs verəcək. Düzdü, ola bilər, bu səslər 50 faiz olmasın. Amma Paşinyan da küçədən gəlmiş bir adamdır və hər yola gedənin biridir. Ona görə də o, Ermənistanın baş bəlasıdır. Bizim neçə illər görə bilmədiyimiz işləri o gördü, “sağ olsun”. Ona “uğurlar” arzulayırıq...” –deyə Cümşüd Nuriyev əlavə edib.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər