"Paşinyan Azərbaycanla düşmənçiliyə son qoyacaq" - AÇIQLAMA

photo 136703“Rusiya xüsusi xidmət orqanlarının ciddi səylərinə baxmayaraq, Robert Koçaryanı birinci yerə çıxara bilmədilər”.

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Ermənistanda növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın qalib olmasını şərh edən politoloq əlavə edib, N.Paşinyan təkbaşına hökümət quracaq:

“N.Paşinyan seçkilərdə 53 % səs toplayıb, təkbaşına hökümət qura bilər. Robert Koçaryan isə nəticələrə kölgə salmaq istəyir. Rusiya və bir çox partiyalar ona kömək edirdilər.

Seçki qutularından çıxan səslər N.Paşinyanın Ermənistan cəmiyyətində ciddi hörmətə malik olduğunu, R.Koçaryana isə hamının nifrət etdiyini ortaya qoydu”.

Qabil Hüseynli bildirib ki, erməni xalqı ayıq hərəkət etdi.Tezliklə Ermənistan, Azərbaycan və Türkiyə arasında münasibətlər qaydasına düşəcək, bunun nəticəsində Ermənistanın iqtisadi inkişafında pozitiv dəyişikliklər olacaq. Sözün həqiqi mənasında Ermənistan yaxın qonşuluq hərəkətlərini həyata keçirmək məcburiyyəti qarşısında qalacaq:

“Əsas məsələ Mərkəzi Seçki Komisiyyasının elan etdiyi nəticələr idi, N.Paşinyan artıq hökümət qurmağa başlayacaq. O istəyir ki, ölkəsinin kommunikasiya xəttləri açılsın, dünya ilə əlaqəyə girsin, ticarət, iqtisadi əlaqələr qurulsun”.

Aysel HACIYEV, 

 Redaktor.az

Əlaqəli xəbərlər