Bakıda söküləcək 108 binanın sakinlərini narahat edən risklər

sokuntu8

Bakı şəhər İcra Hakimiyyəti paytaxtda 108 binanın istismara yararsız olduğunu açıqlayıb. BŞİH-in şöbə müdiri Rövşən Ağayev deyib ki, hazırda sözügedən binalarda köçürülmə işləri aparılır.

Əlbəttə, real rəqəm 108-dən daha çoxdur. Lakin məsələmiz qəzalı binaların sayı deyil, onların hər birinin sökülməsi, prosesin özəl şirkətlərə verilməsi, sakinlərin mənzil-mülkiyyət hüquqlarının təmin olunması, bu zaman ortaya çıxa biləcək risklərə qarşı sakinlərin hüquqlarının qorunması və başqa arzuolunmaz halların qarşısının alınmasıdır. Yenə mətbuat səhifələrini tikinti şirkətlərindən narazı sakinlərin reportajları bürüyə bilər, əvəzində bu şirkətlərin qanundakı boşluqlara dayanan əsassız cavablarını eşidə bilərik. Və ya şirkət şəhərin mərkəzində yaşayan sakinlərin evlərini söküb əvəzinə Bakının hansısa kəndində ev təklif edə bilər ki, bu hallar da mübahisəsiz ötüşmür.

Yararsız binalar təhlükə saçdığı kimi, dövlətin ciddi tələblər qoymadan hər şirkətə söküntü icazəsi verməsi də vətəndaşların mülkiyyət hüququna təhlükədir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov da təəssüflə bildirdi ki, qanunvericilik bu məsələni tam tənzimləmir: “Normal hüquq sistemi olan ölkələrdə çoxmərtəbəli binanın altındakı torpaq həmin bina sakinlərinin mülkiyyəti hesab olunur. Əgər bina sökülürsə, dövlət onu söküb yerində yeni bina tikməlidir və vətəndaşlar orada yaşayışına davam etməlidir. Bu ümumi bir məsələdir. Ancaq qanunvericilikdə o da nəzərdə tutulmayıb ki, dövlət bina tikirsə, vətəndaşlar ümumiyyətlə oraya pul qoymasınlar. Əgər yeni bina tikilirsə, orada mənzillərin sahəsi daha böyük ola bilər və bu mənada vətəndaşlar da əlavə pul qoya bilərlər. Əgər o məbləğdə pul qoya bilmirlərsə, o zaman dövlət başqa yerdə ev təklif edə bilər. Ancaq bildiyim qədərilə bugünə qədər sökülən binaların yerində dövlət özü heç nə tikməyib və bir qayda olaraq, hansısa özəl tikinti şirkətinə sökülməli olan binanın sakinləri ilə müqavilə bağlasın, daha sonra söksün. Söküldükdən sonra yeni bina tikilənə qədər bina sakinlərinin başqa yerdə yaşaması üçün də tikinti şirkəti kirayə haqqı ödəyir. Daha sonra yeni tikilən binada həmin vətəndaşlara təzə mənzil verilir. Sökülən 5 və ya 9 mərtəbəli binaların yerində daha hündürmərtəbəli bina tikilir və sakinlərin payı verildikdən sonra orada daha çox mənzil qalır. Tikinti şirkətinin də qazancı odur ki, həmin mənzilləri satıb qazanc əldə etsin. Prinsipcə bu normal mexanizmdir. Ancaq bu mexanizmin əsas problemi, həmin tikinti şirkətlərinin necə seçilməsidir”.

Hüquqşünasın sözlərinə görə, bu prosesdə neqativ hallara çox rastlanır: “Belə hallar da var ki, hansısa şirkət bakı Şəhər İcra Hakimiyyətindən icazəni alıb gəlib binanı sökür, bir müddətdən sonra isə vətəndaşlara kirayə haqqını vermir. Belə əsas gətirir ki, tikiləcək binada digər mənzilləri sata bilmir və buna görə də pul yoxdur. Ya da şirkət binanın tikintisini gecikdirir, proses illərlə uzanır. Bu halda da dövlət məsələyə qarışmır və vətəndaşlara deyir ki, özünüz müqavilə bağlamısınız, dövlət ki, bu prosesə qarışmayıb, sadəcə şirkətə binanı sökməyə icazə verib. Ancaq mən hesab edirəm ki, burada dövlət öz yaxasını kənara çəkməməlidir. Çünki problemin səbəbi dövlətin heç bir maliyyəsi olmayan şirkətə icazə verməsidir. Əgər Dövlət Vergi Xidmətinin saytına girib tikinti şirkətlərinin siyahısına baxsaq görərik ki, onların əksəriyyətinin nizamnamə kapitalı 10 manat, 50 manat, 100 manatdır. Başqa vəsaitləri yoxdur. Onların niyyəti odur ki, binanı tikməyə başlayanda onu başqa vətəndaşlara satsınlar və topladıqları pulun hesabına tikintini maliyyələşdirsinlər. bu da qətiyyən düzgün deyil”.

Əkrəm Həsənov qeyd etdi ki, dövlət tikinti şirkətinə söküntüyə icazə verərkən hansısa kapitala malik olmağı tələb etməlidir: “Banklar üçün, sığorta şirkətləri üçün dövlət ona görə nizamnamə kapitalı ilə bağlı konkret tələb qoyub ki, onlar öz pulları ilə fəaliyyət göstərmirlər, bu vətəndaşların pullarıdır. Hökumət riskləri sığortalamaq üçün tələb edir ki, heç olmasa özünüzün də müəyyən qədər pulu olmalıdır. Burada da eynilə, 1 milyon, 2 milyon, 5 milyon nizamnamə kapitalı olmalıdır. Ən azından şirkətin müəyyən qədər pulu olmalıdır ki, sabah vətəndaşların hüquqları pozularkən onları məhkəməyə verib bu puldan haqlarını ala bilsinlər. Tikinti şirkətinə güvənməyən, etibar etməyən bəzi vətəndaşlar var ki, onlar evdən çıxmaq istəmir”.

Ekspertin sözlərinə görə, bəzən vətəndaşlar evdən çıxmamaqla tikinti şirkətini şantaj da edir: “Bəzi vətəndaşlar bundan istifadə etməyə başlayırlar, düşürlər ki, bütün sakinlər müqavilə bağlasın, mən isə ən sonda qiymət deyəcəyəm. Bu yumşaq desək, tikinti şirkətini şantaj etməklə ona öz yüksək tələblərini qəbul etdirməkdir. Çünki binada bir nəfər belə sakin qalsa, o bina sökülə bilməz. Məsələn, sakinin mənzili 50 kvadratmetrdir, deyir mənə 150 kvadratmetr mənzil verməlisən. Bütün bunlar qanunvericilikdə olan boşluqlardır. Bundan tikinti şirkətləri bir cür istifadə edir, bəzi sakinlər isə başqa cür istifadə edirlər. Belə olan halda başqa qanunsuzluqlar da yaşanır. Şirkətlər sakinləri binadan çıxartmaq üçün onun kommunal xətlərini kəsirlər və müvafiq qurumlar da çox zaman bu işdə şirkətlərin tərəfində olur. Mənzili yaşanmaz hala gətirib sakini məcburi çıxartmağa çalışırlar ki, bu da mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Bizdə dövlət belə tikinti şirkətlərinə binanın sökülməsinə icazə verməzdən öncə qanuna dəyişiklik etməlidir. Qanunda yazmalıdır ki, tikinti şirkətinin nizamnamə kapitalı 3-5 milyon və ya fərqli bir rəqəm olmalıdır. Bir də optimal bir qiymət müəyyən olunmalıdır və sakinlərin qarşısında da tələb qoymalıdır ki, bina qəzalıdır və sən oradan çıxmalısan, fantastik tələblər irəli sürmə. Eyni zamanda dövlət sakinlərə təminat verməlidir, sabah tikinti şirkəti binanı tikməsə, kirayə haqqını verməsə, nizamnamə kapitalından götürüb sakinin pulunu qaytaracaq”.

Ə.Həsənov həmçinin vurğuladı ki, bəzən hansısa şirkətlərin şəhərin ən yaxşı yerində bina tikmək istəməsinə görə qəzalı olmayan binaları da sökürlər: “Qəzalı binanın meyarları nədir, onu kim müəyyən edir bu məsələlər açıq qalır. Bu da qanunda nəzərdə tutulmayıb. Bu boşluqlardan hamı sui-istifadə edir. Dövlət məmuru şirkətdən rüşvət aldısa, binanın qəzalı olması haqqında rəy çıxartdısa, əlində heç bir maliyyəsi olmadan vətəndaşlarla müqavilə bağlayır, proyekt üzrə satacağı vətəndaşlardan alacağı pul hesabına tikmək istəyir, bu da bir risk olur. Bəzi vətəndaşlar da vəziyyətdən istifadə edib daha çox qənimət əldə etməyə çalışırlar. Hamısının kökü bu sahədə qanunvericiliyin bərbad olmasına dayanır”.

araz.az

Yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərin nəzərinə

polis45

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan sahibkarlar və sürücülərə müraciət edib.

İdarədən bildirilib ki, müşahidələrə əsasən, bəzi fiziki və hüquqi şəxslər tərəfindən yük avtomobilləri oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla normadan artıq yüklənir və bu formada ümumi istifadədə olan avtomobil yollarında idarə edilir. Belə hallar inzibati xəta tərkibi yaratmaqla yanaşı, nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun mühəndis konstruksiyasının zədələnməsinə səbəb olur.

“Bununla yanaşı, avtomobil yollarında yüklərin daşınmasında texniki cəhətdən nasaz və istismara yararsız nəqliyyat vasitələrindən də istifadə edilir ki, həmin avtomobillərdə nasazlıq yarandığı zaman yol kənarlarında və ya yolların hərəkət hissəsində saxlanılmaqla hərəkətin intensivliyinə maneçilik yaradır və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükə törədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən yüklərin daşınması zamanı yükdaşıma normalarına və təhlükəsizlik tədbirlərinə riayət olunmasını xahiş edir. Həmçinin bildiririk ki, bu sahədə inzibati xətalara yol vermiş şəxslərin barəsində ciddi inzibati tənbeh tədbirləri görüləcək”, - deyə müraciətdə bildirilib.

araz.az

Sürücülərin nəzərinə

surucu

Daxili İşlər Nazirliyi əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində xidmət aparacaq, yol polisinin qeydiyyat-imtahan və texniki baxış şöbələri də fəaliyyət göstərəcək.

Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib ki, mayın 9-dan 16-na qədər - bayram günləri ilə əlaqədar daxili işlər orqanları, o cümlədən Dövlət Yol Polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparacaq: “Bayram günlərində həm Bakıda, həm də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən bütün qeydiyyat-imtahan və texniki baxış şöbələri işləyəcək.

Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən (Sədərək Ticarət Mərkəzinin yanı) Müayinə Mərkəzi, habelə nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi və respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək. İş adi günlərdəki kimi davam edəcək”.

N. Piriyev deyib ki, texniki baxışla bağlı məlumat almaq üçün vətəndaşlar (012) 511 08 40 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

araz.az

Azərbaycanda 7 gün ictimai nəqliyyat işləməyəcək

bakubus

Mayın 9-dan 16-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək.

araz.az  xəbər verir ki, Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib.

Qeyd edək ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə bu ilin 11 və 12 may iş günləri ilə 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Mayın 9-u İkinci Dünya müharibəsində faşizm üzərində qələbə günü bazar gününə düşdüyü üçün müvafiq qanunvericiliyə görə, mayın 10-u qeyri-iş günü idi.

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

Qeyri-iş günlərində ictimai nəqliyyat işləməyəcək.

 

 

araz.az 

Mayın 8-i və 16-da bağçalar fəaliyyət göstərəcək? - RƏSMİ AÇIQLAMA

bagca

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Bağçalar İdarəsi mayın 8-i və 16-da bağçaların fəaliyyət göstərib-göstərməyəcəyi məsələsinə aydınlıq gətirib.

 

araz.az xəbər verir ki , mayın 8-i (şənbə günü) və 16-sı (bazar günü) Nazirlər Kabinetinin qərarı ilə iş günü sayıldığı üçün bağçalar da fəaliyyət göstərəcək.

Nazirlər Kabinetinin 19.04.2021-ci il tarixli, 99 nömrəli qərarına uyğun olaraq 8 may 11 may iş gününün, 16 may isə 12 may iş günün yerinə BŞİH tabeliyində olan bağçalar fəaliyyət göstərəcək.

araz.az

1 -dən səhifə 86

Əlaqəli xəbərlər