Deputat: “Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı ilə söhbətdən görmüşəm ki, kitabla heç bir əlaqəsi yoxdur”

etibareliyev1

“Ölkənin kitab təbliğatçısı Şahbaz Xuduoğlu yazır: Doğrusu Gəncədən bunu gözləmirdim. Gəncə Kitab Sərgisinə hazır deyilmiş ... adam çox azdır, kitabla maraqlanan da yoxdur. Əcaba bu  nəylə bağlıdır?" Bu mənə təəccüblü görünmədi. Mən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı ilə söhbətdən görmüşəm ki, o adamın kitabla heç bir əlaqəsi yoxdur”.

araz.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.

“Bu günlərdə yolum Sumqayıta düşmüşdü. Şəhəri iki saatdan çox gəzdim, lakin kitab mağazasına rast gəlmədim. Soruşdum da. Yerini bilən olmadı. Kitabın təbliğatı yoxdur. Gənc nəslin yeganə bilik mənbəyi kitab olmalıdır.  Və bunun üçün də ilk növbədə kitab olmalıdr.Universitetlər elm sahələri üzrə kitab çap etmirlər. Potensial yoxdur. Bir neçə gün əvvəl Suraxanı gəncləri ilə  görüşümdə onların mütaliəsini yoxlamaq istədim. İki nəfər detektiv əsər oxuduğunu söylədi.  Çox az kitab istisna olmaqla kitabların böyük əksəriyyəti rus dilindən tərcümə olunur. "Tərcümə mərkəzi" yaradıldı. Bu Mərkəz yarandığı gündən özünü doğrultmadı. Elmin populyarlaşdırılması çox aşağı səviyyədəir. Bizim alimlər bunu bacarmırlar. Bakıda olduğu kimi iri şəhərlərimizdə də kitab mağazalarının yerləri satılıb. Bakıda 2 böyük kitab mərkəzinin yeri heç yadımdan çıxmır. "Kitab evi" və "Kitab passajı." Onların yanında keçəndə yalnız təəssüflənə bilirsən. Bakıda iki böyük və yaraşıqlı kitab mərkəzlərinin missiyası "Kitab evi" bə "kitab passajı" nın missiyası ilə üst-üstə düşə bilməz. Çünki əvvəlkilər dövlətin kitab mağazaları idi. Və zaman göstərdi ki, bu sahə də dövlətin qanadı altında olmalıdır. Lakin Əli Həsənovun vaxtilə ət işinə baxan yaxın qohumuna bənzər insanlar Kitab şəbəkələrinə rəhbərlik etməməlidirlər” – E.Əliyev qeyd edib.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər