Bakıda 2 milyona satışa çıxarılan mənzilin qiyməti - 1 MİLYON MANATA DÜŞDÜ – YENI HƏRRAC

 экрана 2021 12 05 004637

Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin əmlaklarının hərrac yolu ilə satışı davam edir.

araz.az  xəbər verir ki, şirkətin ləğvetmə komissiyası “Standard Insurance”a məxsus olan və bir-birinə birləşdirilmiş 4 mənzili yenidən hərraca çıxarıb. Mənzillərin satılmadığı hər hərracdan sonra onların qiyməti bir qədər də azalır – bundan əvvəl 1 milyon 150 min manata satışa çıxarılan amma satılmayan mənzil indi 10 faiz aşağı qiymətə, yəni 1 milyon 35 min manata təkrar açıq hərraca çıxarılacaq.

Sözügedən mənzillərdə “Standard Insurance”in ofisinin bir hissəsi yerləşirdi. Ümumi sahəsi 270 kvadrametr təşkil edən mənzillər şəhərin mərkəzində, Heydər Əliyev Sarayının  yaxınlığında, Mirzə Ağa Əliyev və Şəmsi Bədəlbəyli küçələrinin arasında yerləşir. Buradakı 4 mənzil Mirzə Ağa Əliyev küçəsi , ev 251, mənzil 20 (ümumi sahəsi 56.6 m2), Mirzə Ağa Əliyev küçəsi , ev 251, mənzil 49 (ümumi sahəsi 46.5 m2), Mirzə Ağa Əliyev küçəsi , ev 251, mənzil 50 (ümumi sahəsi 52.7 m2) və Şəmsi Bədəlbəyli küçəsi , ev 96, mənzil 65 (ümumi sahəsi 114.7 m2).

Şirkətin ləğvetmə komissiyasından FED.az-a bildirilib ki, hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən dekabrın 8-i saat 11:00-da (növbəlilik qaydasında) Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək. Hərracda iştirak üçün satış qiymətinin 1 faizi, yəni 10 min 350 manat məbləğində beh ödənilməlidir.

Ləğvetmə komissiyası, həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Xatırladaq ki, əmlak ilkin olaraq 2 milyon manata satışa çıxarılmışdı.

Hərracın təşkilatçısı “Əmlak Hərrac Mərkəzi” MMC-dir.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər