Radarlara çatanda sürəti azaldanların nəzərinə - VİDEO

rrradarSon vaxtlar sürət həddinin aşılmasına görə, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı artıb. Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə radar və polis postlarından kənar ərazilərdə sürət rejminə əməl etməyən sürücülərə müraciət edib.

Bəzi sürücülər radar və polis postlarından kənar ərazilərdə sürət rejminə əməl etmirlər. Nəticədə bəzi hallarda elə bu səbəbdən ağır qəzalar baş verir və ölüm halları artır. Baş Dövlət Yol Polisi idarəsi belə sürücülərə müraciət edib. İdarənin hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev ''Xəzər Xəbər''ə bildirib ki, belə sürücülər əslində özlərini aldatmış sayılırlar.

Son dövrlərin statistikasına baxanda aydın olur ki, ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin əksəri əsasən yüksək sürət səbəbindən olur. Rövşən Tağıyev bildirib ki, orta sürətin hər bir km/saat artması ölümcül xəsarətlərin 4%, ciddi xəsarətlərin səi 3% artması ilə nəticələnir.

Müraciətdə deyilir ki, sürücülər yol-hərəkəti qaydalarına riayət etməklə həm özlərinin, həm də digər yol hərəkəti iştirakçılarının həyatlarına dəyər verməlidir.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər