”Azərlotereya”ya aldanmayın - Rasim Balayev

 

 

rasim22

“Ümumiyyətlə, qumar Quranda  haram bir iş hesab olunur. Qumar və içki haqqında mən “Qurani- Kərimi” oxumuşam. Orada deyilir ki, bunun xeyiri də var, ziyanı da var, amma ziyanı xeyrindən çoxdur. Ona görə, belə oyunların oynanılması məqbul deyil. Dediyim odur ki, belə oyunları məqbul saymıram!”.

araz.az  bildirir ki, bu fikirləri Azərbaycanın Xalq artisti Rasim Balayev deyib.

“Onu kim oynayır-oynamır özləri bilərlər, amma bizim millətə belə işlər haramdır. Mən gənclərimizi belə oyunlarda qətiyyən görmək istəmirəm. Çünki bəzi adamların bu oyunları təşkil etməkdə marağı var, çünki oradan böyük pullar qazanırlar. O adamlar ki, ümid edir ki, oradan 1 manat  verib, 100 min qazanacaq, mən onlara demək istərdim ki, bu, nağıldır. Yəni, hətta qazanılsa, o puldan onlar xeyir görməyəcəklər. Çünki başqalarının ümidlərini onlar xərcləyəcək, ona görə mən onun əleyhinəyəm. Ümumiyyətlə, bu lotereya oyunlarının heç bizim ölkədə olması düzgün deyil”.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər