Mətbuat Şurası sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına müraciət etdi

metbuatsurasi (1).jpg

Mətbuat Şurası sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına müraciət edib.

araz.az-ın xəbərinə görə, Şura sosial media mənsublarını, bu platformanın fəallarını insanların şərəf və layəqətini qorumağa, şəxsi həyatın toxunulmazlığı prinsipinə hörmətlə yanaşmağa, cinayət, zorakılıq, qəddarlıq və intihar hallarının təşviqinə yol verməməyə, söyüş və vulqar ifadələrin işlədilməsindən çəkinməyə, uşaqların şəxsi həyatı barədə məlumatları yaymamağa, onları zədələyən, mənəvi-psixoloji durumuna mənfi təsir göstərə biləcək zərərli bilgiləri paylaşmamağa, terror, xurafat və cəhalət təbliğatçılarına qarşı barışmaz olmağa çağırır.

araz.az xəbər portalı.