Baş redaktoru zəhərlədilər – ŞOK VİDEO görüntülər

1627757609 2

Masallı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, “Cenubunsesi.az” xəbər portalının təsisçi və baş redaktoru Mərhəmət Lələyevi zəhərləyiblər.


İyul ayının 27-si işdən gələrək yuxuya gedən baş redaktoru axşam saatlarında ailə üzvləri oyatmaq istəsələrdə o ayılmayıb.

Evə çağrılan təcili tibbi yardım briqadası Mərhəmət Lələyevi Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirir.

Səhhətinin pis olduğu üçün onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasından Bakı şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Respublika hospitalına aparırlar.
Burada ona qida zəhərlənməsi diaqnozu qoyulur.

Hazırda ev şəraitində müalicəsi davam edən baş redaktorun səhhətində ciddi problemlər yaranıb. Onun əlləri, ayaqları və bədəninin digər nahiyələri zəhərlənmə səbəbindən şişib.

Asiya TV-yə danışan baş redaktor çayına və ya yeməyinə bilərəkdən zəhər qatıla biləcəyini təkzib etmir.

O bildirib ki,
“Hələki heç kimdən şikayət etməmişəm. Sağalan kimi baş verənlərlə bağlı geniş açıqlama verəcəm. Çətin günümdə yanımda olan həmkarlarıma və dostlarıma təşəkkürümü bildirirəm.”
Baş redaktoru zəhərlədilər – ŞOK VİDEO görüntülər
Baş redaktoru zəhərlədilər – ŞOK VİDEO görüntülər
Baş redaktoru zəhərlədilər – ŞOK VİDEO görüntülər

Arif Qasımovdan xəbər var – Yeni bina tikir, payçısı olduğu “Park City” vergi borclarını hələ də verə bilmir

1627739679 1627666138 1

Nizami rayon İcra Hakimiyyətinin başçısı olmuş Arif Qasımovun vəzifəsindən acınacaqlı şəkildə ayrılmasının artıq bir ili tamam olub. Onun tərk etdiyi icra başçısı kreslosu bu gün də boşdur. Vəzifəsindən ayrıldıqdan sonra dövrü mətbuatda Arif Qasımovun hələ də rayonu ofisindən idarə etməsi barədə məlumatlar da yayılmışdı.Onun işdən azad olunanadan sonra rayon ərazisində, İcra Hakimiyyətinin binası yaxınlığında özünə tikdridiyi dəbdəbəli ofisə yerləşdiyi bildirilirdi. Keçmiş icra başçısı bəs indi nə kimi işlərlə məşğuldur?

Aktualinfo.org-un əldə etdiyi ən son məlumatlara görə vəzifəsi ilə vidalaşmasına baxmayaraq Arif Qasımov bu gün də Nizami rayonunda fəaliyyətini davam etdirir. Məlum olduğu kimi,Arif Qasımovun Nizami rayonu ərazisində sayı bəlli olmayan obyektləri fəaliyyət göstərir. Aldığımız ən son məlumatlara görə o hazırda Xəzər Univeriteteinin yaxınlığında başlanılmış bir göydələnin tikintisinə rəhbərlik edir.Biz əvvəlki yazılarımızda da Arif Qasımovun vəzifədə olarkən rayonda əldə etdikləri boş torpaq sahələrində həyata keçirmək istədiyi bir sıra yarımçıq işlərinin qaldığını qeyd etmişdik. Onun rayon rəhbərliyini tərk etdikdən sonra Nizami rayonu Rüstəm Rüstəmov 72A ünvanda payçısı olduğu “Patk Syti ” MMC tərəfindən tikilən hündürmərtəbəli binada tikinti işlərinin dayandırlması barədə də məlumat vermişdik.

Sözügedən məlumatlarda Nizami rayonunda Rüstəm Rüstəm küçəsi 72A ünvanda bünövrəsi 2017-ci ilin dekabr ayından qoyulmuş hündürmərtəbəli binanın tikintisnin başa çatmasına az qalmış keçmiş Vergilər Nazirliyi tərəfindən binada tikinti işlərinin dayandırııldığı bildirilirdi. Tikintinin dayandırılmasına səbəb isə “Park City” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tikilidə əmlakın siyahıya alınması tədbirlərini həyata keçirən Nazirlik 457 432,91 vergi borcu müqabilində 480 000 manat məbləğində əmlakı (obyekti) siyahıya alındığını müəyyən edildiyi göstərilirdi. Bununla bağlı Bakı Kommersiya Məhkəməsində keçmiş Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “Park City” MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair şikayətinə baxılması barədə məhkəmə prosesinin keçirildiyi də bildirilirdi.

İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin 12 sentyabr 2019-cu il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 480.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş edib. Qeyd edək ki, bu məlumatlar dövrü mətbuatda 19 fevral 2020-ci ildə yayılmışdı.

İddiaçı tələbini onunla əsaslandırıb ki, vergi ödəyicisi olan “Park City” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranıb. Bununla əlaqədar vergi orqanı tərəfindən vergi ödəyicisinin yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi tələbi ilə cavabdehə bildiriş verilib. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməyib.

İddiaçının vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 11.09.2019-cu il tarixli, 19952184794 nömrəli qərarı ilə “Park City” MMC vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. Həmin qərara əsasən cavabdeh “Park City” MMC-yə məxsus tikintisi başa çatmayan yaşayış binasında yerləşən 400 kv.m. sahəsi olan, hər kv.m. 1200,0 manat dəyərində olan qeyri-yaşayış sahəsi siyahıya alınıb və bu barədə əmlakın siyahıya alınması haqqında 13.09.2019-cu il tarixli protokol və akt tərtib edilib.

Sonda məhkəmə verilən sübutları nəzərdən keçirərək hesab edib ki, iddia ərizəsi təmin edilməlidir. Bununla da şirkətə məxsus 480 min manat dəyərində mənzillərin hərraca çıxarılmasına qərar verilib.

Aktualinfo.org-un əldə etdiyi ən son məlumatlara görə 12 sentyabr 2019-cu il tarixə olan 457 432,91 vergi borcunu ödəməyən “Park City” MMC vergi borcu artıq 3 milyon manatı keçib. Maraqlıdır ötən bu müddət ərzində MMC-nin 457 min manat borca görə 480.000 manat məbləğində əmlakını hərraca çıxaran Dövlət Vergi Xidməti borcun 3 milyon manata qədər yığılmasına niyə şərait yaradıb?


Qeyd edək ki,Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PARK CİTY” (VÖEN 1602855941 ) Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.03.2017-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, RÜSTƏM RÜSTƏMOV, ev 72A, qanuni təmsilçisi kimi isə Dadaşov Zaur Dadaş oğlu qeyd olunub.

Bakı Apellyasya Məhkəməsinin Vahid Məhkəmə portalında yerləşdirilimiş məlumatda “Holcim-Azərbaycan” ASC-nin pul tələbinə dair iddiasına əsasən Dadaşov Zaur Dadaş oğlu cavabdeh qismində məhkəməyə cəlb edilmişdir.
Hesab edirik ki,Zaur Dadaşov “PARK CİTY” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçiliyinə sadəcə adı yazılmış formal bir şəxsdir.Əldə etdiyimiz məlumatlara görə MMC naxçıvanlı bir iş adamına məxsusdur. Amma burada Nizami rayon İcra Hakimiyyətinin keçmiş başçısı Arif Qasımovun da payı olduğu bildirilir.Göründüyü kimi o artıq yeni bina tikintisinə başlayıb, payçısı olduğu “Park City” MMC isə illərdir yığılan vergi borclarını ödəyə bilmir.


Aktualinfo.org

Vəkil Əziz Qənbərov: "Aqil Məmmədov kimi deputat olmaqdansa, çobançılıq daha yaxşıdır"

1627737262 879
 
"Aqil Məmmədov kimi deputat olmaqdansa, çobançılıq daha yaxşıdır. İnanın ki, səmimiyəm." Bunu bir neçə gün öncə tanınmış vəkil Əziz Qənbərov öz facebook profilində yazıb.
Vəkil Əziz Qənbərov bildirib ki, bunun səbəb çoxdur ancaq hələlik birini deyim Sizlər də bilin: 

"Deməli bir nəfər Kəlbəcərli Şəhidimizə (Allah rəhmət eləsin) Şəhid statusu verilmir. Aqil Məmmədov da deyir ki, köməklik edəcəm Şəhid statusu verilsin. Kömək nədən ibarətdir, Aqil Məmmədov işi məhkəməyə verilməsi üçün məsləhət verib, Şəhid ailəsinin məhkəmə xərclərini qarşılayacaq. Və deyib ki, məhkəmədən də xahiş edəcək ki, bu barədə qərar qəbul etsin.


Nəyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Müdafiə Nazirliyinin qanunsuz hərəkətlərini (hərəkətsizliyini) Milli Məclisdə, mətbuatda işıqlandırmırsan ay həzrəti deputatımız? Gözükölgəli işin var, ona görə danışa bilmirsən? Hüququ pozulmuş seçicini müdafiə etməkdə acizsənsə, nə deyə o mandatı zəbt etmisən?"

Sonda vəkil Əziz Qənbərov öz facebookda onu qeyd edib ki, kiminsə qabağında qoyun olub “yüksəlməkdənsə”, bir dəstə qoyunun qabağında çoban olmaq yaxşıdır.
Vəkil Əziz Qənbərovun ictimailəşdirdiyi məsələ ilə bağlı Kəlbəcər rayonun deputatı Aqil Məmmədovla əlaqə saxlamağa çalışsaqda, bu mümkün olmadı. Qarşı tərəf kimi adları çəkilən şəxslərində münasibətin ictimailəşdirməyə hazırıq.

Azər MƏTİN

"Ukrayna, Rusiya, Azərbaycandan, son anda İrandan gələn təyyarələrlə..." - Ərdoğan

erdogan8jpg 1627757403“Muğladan və digər vilayətlərdən, Azərbaycandan gələn yanğın-xilasetmə heyətinin üzvləri yanğınların baş verdiyi hər yerdə işlərinə davam edirlər”.

“Anadolu” Agentliyinin məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə bağlı açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, Türkiyədə təyyarə ilə bağlı problemlərin əsas səbəbi uzun illərdir bu vəzifəni yerinə yetirən Türkiyə Aviasiya Assosiasiyasının öz donanmasını və texnologiyasını yeniləyə bilməməsidir.

“Ukrayna, Rusiya, Azərbaycandan, son anda da İrandan gələn təyyarələrlə meşən yanğınlarının söndürülməsinə cəlb olunan təyyarələrin sayı artıb. PUA-lar vasitəsi ilə yanğının baş verdiyi ərazilər sürətlə təyin edilir, genişlənmədən lokallaşdırılır”.

Ərdoğan əlavə edib ki, Marmarisdə baş verən yanğınlardan birinə uşaqlar səbəb olub, Milasdakı yanğınla bağlı isə bir nəfər şübhəli şəxs qismində saxlanılıb

Report.

1 -dən səhifə 1666

Əlaqəli xəbərlər