"Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir

WhatsApp Image 2021 04 13 at 17.52.10

Abunəçilərinin etibarlı tərəfdaşı olmağı hədəfləyən “Nar”, satış və xidmət mərkəzlərini yeniləməsi münasibətilə, hər zaman, müştəriləri üçün xüsusi aksiya keçirir. "Nar"dan araz.az-a daxil olan məlumata görə, mobil operator, indi də, “Yeniliklər Dalğası” kampaniyasına start verir. Məlumatda deyilir ki, kampaniya çərçivəsində müştərilərə müxtəlif hədiyyələr əldə etmək üçün fərqli oyun və yarışmalar təqdim ediləcək. #YeniliklərDalğası ilə təqdim ediləcək bu oyun və yarışmalar “Nar”ın “Facebook”, “Instagram” və veb səhifələrində keçiriləcək.
Məlumatda o da bildirilir ki, oyun və yarışlarda iştirak edəcək hər bir iştirakçıya xüsusi kod təqdim olunacaq. Bu kodla onlayn lotoreyada iştirak edənlərin dəyərli hədiyyələr qazanmaq şansı əldə etmələri mümkün olacaq.
Həmin məlumatda o da qeyd edilib ki, aprelin 22-dək, yenilənmiş “Nar” mağazalarında bütün aksesuarlara 50 faizədək endirimlər tətbiq olunacaq. Bildirmək istəyirik ki, bu mobil operator Fəvvarələr meydanı, “Elmlər Akademiyası”, “Sahil”“Əhmədli” metrostansiyaları yaxınlığında, eləcə də Lənkəran, Şəki və Qubada yerləşən 22 “Nar” xidmət mərkəzini tamamilə yeni konsepsiyada müştərilərinin ixtiyarına verib.
Ümumiyyətlə, “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci ilin mart ayının 21-dən fəaliyyətə başlayaraq, qısa bir müddət ərzində Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda 8700-dən artıq baza stansiyası ilə, 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Sonda onu da bildirmək istəyirik ki, bu kampaniya haqqında ətraflı məlumatı https://www.nar.az/yenilikler-dalgasi/ internet səhifəsindən əldə etmək olar.WhatsApp Image 2021 04 13 at 17.52.18

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər