Reza Deqati 29 il əvvəl Şuşada gördüklərindən yazdı - Foto

deqati shusha

Dünyaca məşhur Azərbaycan əsilli fransız fotoqraf 29 il əvvəl Şuşanın işğalı ərəfəsində şahidi olduğu hadisələrdən bəhs edib.

araz.az  Musavat.com-a istinadla xəbər verir ki, fotoqraf həmin günlərdə çəkdiyi fotonu paylaşıb.

"Şuşa, 1992-ci il. Şuşada qalan son jurnalist mən idim və rus hərbi dəstəyi ilə ağır texnikalarla ermənilər tərəfindən mühasirəyə alınmış şəhərin işğalından bir qədər əvvəl oranı tərk etməli idim.

Qarabağ müharibəsini işıqlandırdığım bir aydan çox müddət ərzində anladım ki, Azərbaycanın real peşəkar ordusu yoxdur və xeyli sayda könüllü, polis və digər mülki qüvvələr Qarabağı qorumaq üçün müharibəyə qoşulub. Vəziyyət çox gərgin, itki sayı çox yüksək olsa da, işlərini atıb, Azərbaycanın hər yerindən gəlmiş müdafiəçilərin ruh yüksəkliyi məni heyrətləndirirdi.

Bir gün skripkasını cəbhəyə gətirən bu virtuoz skripkaçı ilə tanış oldum. Alətin özü atəş nəticəsində məhv edilsə də o, kamanı özü ilə gətirmiş və avtomatda bəzi melodiyalar ifa etmək üçün istifadə edirdi.

Azərbaycanlılar əsasən çox yaxşı musiqiçilərdir. Bir milyon qaçqına, şəhidlərə, qətliamlara, azərbaycanlıların faciələrinə göz yuman dünya mətbuatına Qarabağ fotolarını göstərmək üçün Parisə geri döndüm", - Deqati bildirib.

 

 

araz.az

Əlaqəli xəbərlər