Artur Davtyan - Köçəryan yenidən həbs oluna bilər

image 750x 5fd5d30564c7c

“İkinci prezident Robert Köçəryan və digərlərinə qarşı məhkəmə prosesi başa çatmayıb”.

Cebhe.info-nun məlumatına görə, Ermənistanın baş prokuroru Artur Davtyan parlamentdə çıxış edərkən belə deyib.

“Ən azından, birinci instansiya məhkəməsinin hökmünə Apellyasiya Məhkəməsində etiraz edildiyi üçün iş tamamlanmayıb. Bundan sonrakı fəaliyyətimizin qanunauyğunluğunu təmin etmək üçün Konstitusiya Məhkəməsinə müraciət etmişik”,-deyə Baş prokuror bildirib.

Davtyan Baş Prokurorluğun ibtidai istintaq zamanı qanunla konstitusiya quruluşunu devirmək kimi qiymətləndirdiyi cinayətin törədilməsinə dair faktlar və dəlillər topladığını qeyd edib:

"Bundan sonra bu cür əməllərin Cinayət Məcəlləsinin hansı maddəsinə aid olduğunu düşünmək məcburiyyətindəyik. Belə əməllərə görə ənənəvi və ümumi norma Cinayət Məcəlləsinin 300.9-cu maddəsi-vəzifə səlahiyyətlərindən sui-istifadədir. Vəzifədən sui-istifadənin nəticələrinə nəzər saldıqda, konstitusiya quruluşunun, konstitusiya əsaslarının devrilməsindən söhbət getdiyi aydın olur. Cinayət Məcəlləsində belə davranış üçün ayrıca norma var-300.1”.

Əlaqəli xəbərlər