BAMF Brüssel Ədliyyə Akademiyası ilə əməkdaşlıq memorandumu imzalayıb

WhatsApp Image 2021 05 07 at 23.32.07Mayın 7-də BMT ECOSOC-un Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Brüssel Ədliyyə Akademiyası arasında qarşılıqlı tərəfdaşlığa dair memorandum imzalanıb. BAMF Mətbuat Departamentindən araz.az-a daxil olan növbəti məlumat da bu barədədir. Fond Prezidenti Umud Mirzəyevin bu məlumatda əksini tapan açıqlamasına görə, Brüssel Ədliyyə Akademiyası QHT olaraq, təhsil məsələləri ilə yanaşı, əsasən, beynəlxalq cinayət əməllərinin müəyyən edilərək, məhdudlaşdırılması üçün məlumatların sənədləşdirilərək səlahiyyətli qurumlara təqdim edilməsi, insan haqları pozuntuları sahəsində monitorinq və araşdırmaların aparılması istiqamətində fəaliyyət göstərir. Fond rəhbəri öz açıqlamasında, BAMF və Akademiya mütəxəssisləri arasında keçirilən ilk onlayn vebinar zamanı, Qarabağda baş verən zorakılıqların, vandalizmin yaratdığı cinayətin hüquqi tərəflərinin araşdırılması, minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən gizlədilməsi kimi əməllərin beynəlxalq hüquqda yaratdığı presedentlərin müzakirə olunduğunu xüsusi vurğulayıb. Qeyd edib ki, BAMF rəhbərliyi, gələcək əməkdaşlığın qurulması üçün, Brüssel Ədliyyə Akademiyasının nümayəndələrinin Qarabağa səfərinin tezliklə təşkil olunması niyyətindədir.WhatsApp Image 2021 05 07 at 23.32.37
"Bu gün birgə fəaliyyətimizin koordinasiya edilməsini memorandumla rəsmiləşdirdik. Memorandumda, əsasən, insan haqlarının qorunması, Şərqi Avropa, Qafqaz və Orta Asiyada baş verənlərə dair obyektiv informasiyanın toplanması və yayılması, jurnalist haqlarının müdafiəsi, hüquqi ekspert araşdırmaları, insan haqları və beynəlxalq humanitar hüquq pozuntularının birgə sənədləşdirilməsi, eləcə də təhsil, sosial və mədəni sahədə birgə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub“ -- deyə, Umud Mirzəyev öz açıqlamasında onu da bildirib ki, bu əməkdaşlıq işğaldan azad edilmiş ərazilərdə törədilmiş vəhşiliklərin, vandalizm aktlarının sənədləşdirilərək, insan hüquqlarının müdafiəsi qurumlarına, beynəlxalq təşkilatlara, İnsan Haqları Məhkəməsinə, eləcə də digər beynəlxalq məhkəmələrə çatdırılması üçün, bizə əlavə imkanlar yaradır.WhatsApp Image 2021 05 07 at 23.32.59
“Qarabağ həqiqətlərini dünyaya çıxarmaq üçün 1992-ci ildən fəaliyyət göstəririk. Şükürlər olsun ki, 44 günlük müharibə haqq və ədalətin bərpası üçün zəmin yaratdı. İndi işğaldan azad olunmuş ərazilərdə törədilən vəhşiliklərin var-gücümüzlə dünyaya çatdırılması istiqamətində çalışacağıq. Brüssel Ədliyyə Akademiyası ilə bu məsələlərin İnsan Haqları üzrə Avropa Məhkəməsində, digər hüquqi müstəvilərdə qaldırılması istiqamətində razılığa gəldik”, Umud Mirzəyev açıqlamasının sonunda vurğulayıb.
Yeri gəlmişkən, araz.az-ın oxucularının diqqətinə onu da çatdırmaq istəyirik ki, Avropada nüfuzlu QHT kimi tanınan Brüssel Ədliyyə Akademiyasının təsisçisi professor Deni Teps, əsas idarəçiləri professor Katerin Kedaiten və siyasi məsələlər üzrə ekspert David Sutterdir. Beynəlxalq səviyyədə gördüyü bir çox böyük işləri yadda qalan bu təşkilatın Baş ofisi isə, Belçikanın paytaxtı Brüsseldə yerləşir.WhatsApp Image 2021 05 07 at 23.33.25

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər