Moldova mətbuatı Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşa şəhəri barədə məqalə dərc edib

WhatsApp Image 2021 05 09 at 13.44.01

Azərbaycanın Moldovadakı səfirliyindən araz.az-a daxil olan məlumatda bildirilir ki,
bu ölkənin mətbuatı da, respublikamızın mədəniyyət paytaxtı elan olunan azad Şuşa barədə məqalə dərc edib. Həmin məqalədə, Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun, ötən 29 ildə ilk dəfə, Şuşa şəhərinin işğal tarixini azad qeyd etdiyi barədə dedikləri qeyd olunub. Diplomat xüsusi olaraq onu vurğulayıb ki, 1992-ci ilin may ayının 8-də erməni hərbi birləşmələri tərəfindən Azərbaycanın qədim şəhəri Şuşa işğal edilib. Uzun zaman mənfur düşmən əsarətində saxlanılan Şuşanı, müdrik Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu işğaldan azad edərək, öz xalqına qaytarıb.
Bundan əlavə, həmin məqalədə, Qarabağda, o cümlədən Şüşada azərbaycanlı əhaliyə qarşı işğalçılar tərəfindən aparılan etnik təmizləmə siyasətindən, Azərbaycanın bu bölgədəki mədəni-tarixi irsinin məhv edilməsindən, dini abidələrin dağıdılmasından da bəhs olunub. Səfirin sözlərinə istinadən məqalədə bildirilib ki, bütün bu vandallıq aktları bütün dünya ictimaiyyətinin gözü önündə törədilib. Lakin erməni vandallarını dayandırmaq və cəzalandırmaq, onları beynəlxalq səviyyədə tanınan Azərbaycan torpaqlarını geri qaytarmağa məcbur etmək əvəzinə, beynəlxalq ictimaiyyət susmağa üstünlük verib.
«28 il ərzində hər bir azərbaycanlı Şuşaya qayıtmaq arzusu ilə yaşayırdı. Nəhayət, 2020 –ci ilin noyabr ayının 8-də onların bu arzusu gərçəkləşdi. Şuşanın işğaldan azad olunması günü Prezident İlham Əliyev tərəfindən Qələbə Günü kimi elan olundu» -- həmin məqalədə səfir Qüdsi Osmanovun dedikləri xüsusi olaraq belə qeyd edilib.
Məqalədə, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşadakı dağıntıları aradan qaldırmaq üçün, artıq, yüksək səviyyədə tikinti-bərpa işlərinin aparıldığından, bu il bu qədim şəhərdə Vaqif Poeziyası Günlərinin və «Xarı Bülbül» Festivalının keçirilməsindən də ətraflı yazılıb.
Həmin məqalə ilə daha ətraflı aşağıdakı linklərdən tanış olmaq mümkündür:
https://noi.md/ru/v-mire/shusha-vpervye-za-29-let-vstrechaet-godovshhinu-svoej-okkupacii-svobodnoj

https://ava.md/2021/05/08/godovschina-okkupacii-shushi-zhemchuzhiny/

1615049712 d1fa113337f0d2277583d07e9a5afb8c

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər