"Qələbə Şəhidləri" Mingəçevirdə -- FOTO/ VİDEO

WhatsApp Image 2021 05 10 at 14.20.38Biz, "Qələbə Şəhidləri" kitabının yaradıcı kollektivinin üzvləriyik və respublikanın bölgələrinə üçgünlük səfərdən yenicə qayıtmışıq. Səfər zamanı yüzlərlə kilometr məsafə qət edib, onlarla ailəyə baş çəkmişik. Mingəçevirin, Gəncənin... Şəhidlər Xiyabanlarında kitablarımızı ömrünü Vətən torpaqlarının erməni faşistlərindən azad olunması uğrunda qurban verənlərin valideynlərinə, ailə üzvlərinə, yaxınlarına təqdim etmişik.WhatsApp Image 2021 05 10 at 14.21.33 Bu səfərdə gördüklərimiz, qeydə aldıqlarımız o qədər böyük həcmə malik olub ki, hamısı barədə konkret bir yazıda söhbət açmaq imkanımız xaricindədir -- təkrarlanmayan tarix, unudulmayan xatirələr toplusu olduğu üçün!..
...Yolboyu Qobustan, Ağsu, Göyçay, Yevlax, Mingəçevir və Gəncədən sonra isə, Ağstafa, Qazax görüşlərimiz zamanı, hər bir ailənin evindəki Vətənpərvərlik Guşəsində, -- bunları Mini Muzey də adlandırmaq mümkündür, -- kitablarımızı təqdim edərkən çəkdirdiyimiz xatirə şəkilləri, videolar, eşitdiyimiz ürək sözləri, bəzən kövrək, əksərən inamla, qürurla səslənən fikirlər biz yaradıcı insanlara yüksək ruhdan əlavə, zəngin mövzular verib. WhatsApp Image 2021 05 10 at 14.22.23Bunlar barədə bir qədər sonra.
İndi isə, xüsusi olaraq onu vurğulamaq istəyirik ki, Mingəçevir şəhərindəki təqdimetmə mərasimi zamanı bizə yaxından dəstək verən "Mingəçevir işıqları" qəzetinin Baş redaktoru Fərman Nəbiyevin, baş verənləri lentə alan "İfadə" TV-nin (Baş redaktoru İfadə Cəfərzadə) əməkdaşları Vüqar Məmmədovun və Zakir Süleymanovun bizə hərtərəfli dəstək köməkliklərini dərin minnətdarlıq hissi ilə yadda saxlayacağıq. Gəncəyə gəldikdə isə, konkret onu demək istəyirik ki, Niyazi Bayramovun rəhbərlik etdiyi Şəhər İcra Hakimiyyətində vətənpərvərlik layihələrinin yüksək səviyyədə həyata keçirilməsinə dəstək verən bir sistem formalaşdırılıb. Biz əvvəllər, Niyazi müəllim hələ Mingəçevirdə icra başçısı işləyərkən də, belə reallığı görmüşdük.WhatsApp Image 2021 05 10 at 14.23.14 İndi də, Gəncə Şəhər İcra Hakimiyyətində Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili üzrə şöbə (müdiri Ayxan Babayevdir) mövcuddur. Bu şöbə tərəfindən, təşkil etdiyimiz tədbirimizin yüksək səviyyədə keçirilməsinə necə həssaslıqla yanaşıldığını, biz, şəhid ailələri ilə Gəncənin Şəhidlər Xiyabanında "Qələbə Şəhidləri"nin təqdimatı zamanı müşahidə etdik...
...Gəlin, dediklərimizin əksi olan çəkilən fotolara və videolara birgə baxaq. Öncə Mingəçevirdən başlamaqla. Növbədə isə, Gəncə süjetləri olsun...

İbrahim HÜSEYNOV,
"Aran" Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin sədri, kitabın ideya müəllifi və tərtibçisi,

Rəhim HÜSEYNZADƏ,
Zərdabi Mətbuat Mərkəzinin sədri,
kitabın redaktoru, əməkdar jurnalist.

Əlaqəli xəbərlər