Alı Alıyev Ramazan kümçülərlə görüşdü

f5aaf400fa7a4cdd8594fc1cac73a07f

Prezident cənab İlham Əliyevin respublikada ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişafına dair verdiyi tapşırıq və göstərişləri Füzuli rayonunda ciddi nəzarətdə saxlanılır.


araz.az  xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Füzuli rayon prokuroru Elnur Rüstəmov ilə birgə Ramazan bayramı günlərində karantin qaydalarını gözləməklə Bala Bəhmənli kəndində olub, həmin kənddə ipəkqurdu saxlayan kümçülərlə görüşüb, onlarla söhbət edib, məsləhət və tövsiyyələr verib.


A.Alıyev bildirib ki, Prezident cənab İlham Əliyev tərəfindən baramaçılığın uzun fasilədən sonra bərpa olunması regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifah hallarının daha da yüksəldilməsinə xidmət edir.

İpəkqurdu saxlayan kümçülər isə Prezident cənab İlham Əliyevin tapşırığı ilə respublikada ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın yenidən bərpa olunmasını yüksək qiymətləndirdilər.

 

 

araz.az

Əlaqəli xəbərlər