Güclü külək əsəcək – Xəbərdarlıq

media 4a7a22d6 1536 4f55 8fda 219f6f26a91e 850 hqcebuv5oiy0rw2agxp3 620x460

Milli Hidrometeorologiya Xidməti Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq edib. 

araz.az xəbər verir ki,  Bakıda və Abşeron yarımadasında mayın 18-də gündüz  şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın şimal və qərb rayonlarında mayın 18-i gündüz əsasən şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

araz.az

Əlaqəli xəbərlər